Mehman Həsənlinin özbək
cədidçiliyindən bəhs
edən kitabı
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə
doktoru, dosent Mehman Həsənlinin görkəmli özbək
yazıçısı, şairi,
dramaturqu və ictimai xadimi, cədidçilik hərəkatının
tanınmış nümayəndəsi
Əbdürrauf Fitrət
və onun cədidçi müasirlərinə
həsr etdiyi “Əbdürrauf Fitrət və özbək cədidçiliyi” monoqrafiyası
işıq üzü
görüb.
Kitabda XX əsrin əvvəlləri özbək ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrauf Fitrətin həyat və yaradıcılığından bəhs olunub. Monoqrafiyada Əbdürrauf Fitrətin cədidçi müasirləri, XX əsrin əvvəllərində özbək dramaturgiyasının, romançılığının yaranması təhlil edilib, ədibin nəsr, dramaturgiya və poeziya yaradıcılığında cədid ideyalarının ifadəsi öyrənilib. Monoqrafiya müəllifin 2013-cü ildə Arif Əmrahoğlunun rəhbərliyi ilə müdafiə etdiyi eyniadlı magistr dissertasiyasının əsasında nəşrə hazırlanıb. Monoqrafiyanın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru proffessor Həmidulla Baltabayev, rəyçiləri isə fil.e.d. Almaz Ülvi Binnətova və fil.e.d. Yaşar Qasımbəylidir. Nəşrə Əbdürrauf Fitrət irsinin əsas tədqiqatçılarından olan fil.e.d., prof. Həmidulla Baltabayev “Əbdürrauf Fitrət və özbək cədidçiliyi” Azərbaycanda” adlı ön söz yazıb.
Gülnar
Səma
Kredo
2026.- 9 yanvar (¹02).- S.16.