Səməndər Rzayevin xatirəsi anılıb

 

AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsi Ağsu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Əməkdar artisti, Dövlət mükafatı laureatı, görkəmli aktyor Səməndər Rzayevin (1945-1986) 65 illik yubileyi ilə bağlı xatirə tədbiri keçirilib.

 

Tədbirdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Ağsu torpağının yetirməsi olan böyük aktyorun vəfatından illər ötməsinə baxmayaraq, bu gün tamaşaçıların yaddaşında yaşadığını vurğuladı. Ağsu rayonundan millət vəkili Ərəstun Cavadov çıxışında Səməndər Rzayevin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrindən bəhs edərək bu cür şəxsiyyətlərin hər zaman xalq tərəfindən hörmətlə anılacağını bildirdi.

Sonra AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsinin rəhbəri Yaqut Bahadırqızı adını Azərbaycanın teatr kino tarixinə əbədi həkk etmiş Səməndər Rzayevin qısa, lakin parlaq sənət yoluna nəzər saldı, belə şəxsiyyətlərin anım gecələrinin keçirilməsinin milli-mədəni irsimizin zənginləşdirilməsi baxımından önəmini vurğuladı.

Görkəmli aktyorun yubiley tədbirində tanınmış mədəniyyət xadimləri - Yaşar Nuri, Rasim Balayev, Fuad Poladov, Hacı İsmayılov, Telman Adıgözəlov, Firəngiz Mütəllimova, Əli Nur, Azərpaşa Nemətov, İntiqam Mehdizadə başqaları iştirak edirdi. Böyük aktyorun sənət dostları onun sənətə gəldiyi ilk günlərdən, teatr, kino, radio televiziyadakı fəaliyyətindən danışdılar.

Uzun müddət Azərbaycan radiosundaBulaqverilişinin aparıcısı olmuş Səməndər Rzayevin ürəkləri riqqətə gətirən lent yazılarının səsləndirilməsi onun sənətkar obrazını yenidən canlandırdı.

Tədbir iştirakçıları Səməndər Rzayevin həyat yaradıcılığına həsr olunmuşNağıl dünyamızın nağıl şahzadəsikitabı ilə tanış oldular. Kitabın müəllifi filologiya elmləri namizədi Xədicə Murad gələcəkdə böyük sənətkar haqqında yeni kitabların da işıq üzü görəcəyinə ümidvar olduğunu bildirdi.

 

 

Hikmət Quliyev,

 

Səfa Qarayev

 

Mədəniyyət.- 2010.- 9 aprel.- S. 14.