Milli Qəhrəmana həsr olunmuş musiqili çarx

 

   Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş musiqili çarx lentə alınıb. “Mübariz” adlanan musiqili kompozisiyanı bəstəkar Faiq Sücəddinov bəstələyib. Kompozisiyanın sözləri Baba Vəziroğluna məxsusdur. “Mübariz” kompozisiyası Azərbaycanın Dövlət himni, hərbi marş və Milli Qəhrəmana itfah olunmuş mahnı daxil olmaqla üç hissədən ibarətdir. Milli Qəhrəmana həsr olunmuş mahnını xalq artistləri Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Əməkdar artist İlqar Muradov və müğənni Elton Hüseynəliyev ifa ediblər. Kompozisiyanı royalda Faiq Sücəddinov səsləndirib. Musiqili kompozisiya yaxın günlərdə efirdə nümayiş olunacaq.

 

 

   Mədəniyyət.- 2010.- 18 avqust.- S. 3.