Zər qədrini zərgər bilər...

 

Zərgərlik metalişləmənin mühüm sahələrindən biridir. Bu sənət Şərqdə ta qədim zamanlardan mövcud olub. Onun Azərbaycanda hərtərəfli inkişafı isə yerli xammalın - qızılın, gümüşün digər əlvan metalların geniş istehsalı ilə bağlı olub... Bu haqda daha ətraflı məlumat toplamaq üçün Milli Azərbaycan Tarixi Muzeyində olduq. Etnoqrafiya elm fond şöbəsinin müdiri, tarix elmləri namizədi Gülzadə Axundova ilə mövzu ətrafında fikir mübadiləsi apardıq.

 

- Azərbaycan özünün yerüstü təbii sərvəti yeraltı faydalı qazıntıları ilə ta qədim zamanlardan zəngin olub. Həmin yeraltı sərvətlər - qızıl, gümüş digər əlvan metallar olub. Onu da deyim ki, ötən əsrin əvvəllərindən respublikamızın müxtəlif bölgələrində xeyli arxeoloji qazıntılar aparılıb. Antik orta əsr abidələrindən çoxsaylı, rəngarəng çeşidli qızıl, gümüş - sırğa, üzük, kəmər, ümumiyyətlə, əksər qadın bəzəkləri tapılıb... Belə qənaətə gəlinib ki, bu ölkə qədim metallurgiya ocaqlarından biri olub. Eyni zamanda, burada zərgərlik sənəti texniki cəhətdən geniş inkişaf edib. Əsasən qızıl gümüşdən zinət məmulatları istehsalı istiqamətində ixtisaslaşıb...

- Tarixi mənbələrdə, qaynaqlarda bu haqda yazılı məlumat varmı?

- VII əsrdə yaşamış alban tarixçisi Moisey Kalankatuklunun məlum əsərində Qafqaz Albaniyasının təbii zənginlikləri faydalı qazıntıları haqda məlumat var. Orada müxtəlif növ metalların istehsalından bəhs edir: “Bu gözəl ölkədən axan Kür çayında xeyli miqdarda müxtəlif balıqlar var...Dağlarda qızıl, gümüş, mis sarı boyaq istehsal olunur”. X əsr ərəb coğrafiyaşünası Əbu-Dülaf öz əsərlərində Azərbaycan dağlarında qızıl, gümüş, qurğuşun b. əlvan metal mədənlərinin olduğunu, hətta buradakumisadlanan üç növ qızıl istehsal olunduğunu onların keyfiyyət fərqini göstərib... Onu da deyim ki, bütün dövrlərdə sənətkarlığın inkişafında şəhərlərin rolu böyük olub. Digər sənətkarlıq sahələrindən fərqli olaraq zərgərlik sənəti şəhər sənətkarlığı hesab olunur. Məhz buna görə Azərbaycanda zərgərlik sənəti Bakı, Gəncə, Şuşa, Şəki Salyan kimi şəhərlərdə yüksək inkişaf səviyyəsinə çatmışdı.

- Zərgərlik sənətinin sahələri, istiqamətləri olur? Əgər olursa, bu haqda da qısa məlumat verərdiniz.

- Azərbaycanda zərgərlik sənəti əsasən üç istiqamətdə - qəlibkarlıq (çaxmaqəlib), şəbəkəçilik (torlamaçılıq ) cavahirsazlıq (ləl-cavahirat ) sahəsində inkişaf edib. Etnoqrafik materiallardan o da məlumdur ki, Azərbaycanda bədii metalın işlənməsi üzrə sənətkarlar arasında ixtisaslaşma gedib. Belə ki, zərgərlər arasında bir qrup ustalar ancaq qızıl-zinət istehsalı ilə məşğul olub. Digər bir qrup usta isə cavahirsazlıq gümüşbəndlik sahəsində çalışıb. Bu cəhət bütün zərgərlik mərkəzlərində müşahidə olunub. Hər bir bölgədə məhəlli xüsusiyyəti kəsb edib. Misal üçün deyim ki, Qarabağ bölgəsində yerli zərgərlər əsasən qəlibkarlıq üsulu ilə qızıl istehsal edib. Ermənilər isə gümüşbəndliklə məşğul olub. Bu cəhət zərgərlik mərkəzlərindən olan Bakıda azərbaycanlı ləzgi sənətkarlar arasında daha çox müşahidə olunub. Belə ki, azərbaycanlı zərgərlər əsasən cavahirsazlıq şəbəkəçiliklə, ləzgilər isə gümüşbəndliklə məşğul olublar.

- Gərək ki, metalişləmədə qəlibkarlıq xüsusi bir sahə hesab olunur? Bəzək üsullarının hazırlanmasında başlıca yer tutur!

- Bu, doğrudan da, belədir. XIX-XX əsr Azərbaycan zərgərliyində qəlibkarlıq geniş yayılmış bəzək üsulu olub. Qabarıq naxışlı, ornamental formalı məmulatların hazırlanmasında başlıca yer tutub. Qəlibkarlıq zinətləri bəzən kiçik çiçəklərə, qönçələrə onların şaxəciklərini xatırladan çox rəvan, qəşəng bütöv heykəlciklərə bənzəyir. Naxış üsulları özünəməxsus incə qabarıqlığa əlvan şuxluğa malik olur.

- Zərgərlikdə mövcud qəliblər əyar sistemi” - xüsusi ölçü vahidi haqqında demək istərdiniz?

- Milli zərgərlik sənətimizdə forma etibarilə çökək yastı qəliblərin geniş yayıldığı məlumdur.Bu qəliblər sənət dili ilə desək, silsilə avizi, döş ayparası, qol sərmehtəri, arpa (hil) s. adlanır. Çaxmaqəlib hazırlamaq üçün mis, bürünc qalaydan ibarət tərkibi birlikdə əridib sarı torpaqdan düzəldilmiş qəliblərə tökülür. Soyuduqdan sonra polad qələm biz vasitəsilə ortasında müəyyən naxış dekorunun forması oyulub açılır. Adətən çökək qəliblərdə zinətin qabarıq üzünün bir hissəsi hazırlanır. Yastı qəliblərdə isə zinət ülgüsü tam halda döyülüb çıxarılır. Zinət ülgüsü üzərində müvafiq naxış elementinin həkk olunması üçün usta əvvəlcə doğranmış ülgünü müvafiq qəlibdə yerləşdirir. Sonra həmin ülgünün üstünə xüsusi qurğuşun çubuq qoyaraq çəkiclə üstündən zərblə vurur. Qurğuşun ülgünü sıxaraq qəlibin formasını ülgüyə həkk edir... Bundan sonra zinət ülgüsü qəlibdən çıxarılır. Artıq hissələri zərgər qayçısı ilə kəsilib götürülür. Zinət ülgüsü polad qələmlə yenidən işlənir. Nəqşlər daha da aydınlaşdırılır. Bu incə əməliyyatlardan sonra zinət ülgüsününarayışlanmasıbaşlanır...

Yastı çökək formalı çaxma qəliblərlə yanaşı, “xişdəkadlanan basmaqəlib növü var. Bu qəlib poladdan düzəldilir. Üzərində dairəvi formada naxışlı oyuqlar yerləşdirilir. Oyuqların diametri müxtəlif ölçüdə olur... Həmin qəliblərdə mirvari boyunbağı dənələri, piyalə yaxud şarlı sırğa düzəldilir...

Hər hansı bir ərintinin (külçə, kütlə, çilik) tərkibində xalis qızıl gümüşün miqdarını müəyyən etmək üçünəyar sistemiadlanan xüsusi ölçü vahidindən istifadə olunur. Qiymətli metalların əyarı bir qayda olaraq məhək daşı məhək yağı vasitəsilə müəyyən olunur. Məhək daşı kiçikölçülü qara çaylaq daşıdır. Əyarı təyin olunacaq qızıl məhək daşına sürtülür. Daşın üzərində zolaq əmələ gətirilir. Sonra həmin zolağa köndələn vəziyyətdə məhək yağı çəkilir. Əgər zolaq tündləşərsə, deməli, qızıl aşağı əyara malikdir. Növbəti dəfə aşağı əyara malik qızıla məhək yağı çəkilir. Əgər yoxlanılan qızıl yüksək əyara malikdirsə, məlum qızıl zolağı açıq rəng alır. Beləliklə, məhək daşı üzərindəki məlum qızıl zolağı ilə məhək yağı zolağı eyni rəng alana qədər yoxlanılır qızılın əyarı təyin olunur...

Azərbaycan zərgərliyində saltoqqa (qələmi) , şiri-xurşid, papaq qabağı, qoza düymə, qoza yaxalıq, ətəklik, hil (arpa), yarpaq boyunbağılar kimi zinət məmulatları qəlibkarlıq üsulu ilə hazırlanır.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan qadınları təsəkqabağı ilə alınlarını, boyunlarını bəzəyiblər. Al-qırmızı, yaşıl, abı, qara yaxud bənövşəyi rəngdə məxmər təsəkqabağına tikilən qızıl qəlibkarlıq motivləri qamətli gəlinlərin alnında kontrast dekorativ rəng şəklində daim müşahidə olunub ...

Vaxtilə respublikamızın bir çox bölgələrində aparılan arxeoloji qazıntılar zamanı müxtəlif dövrlərə aid qiymətli metallardan hazırlanmış çoxsaylı zinət əşyaları aşkar edilir. Bu zinət əşyalarının bir çoxu qismən olsa ilkin formasını saxlayıb. Həmin elementlərdə vaxtilə insanların pənah gətirdiyi, tapındığı varlıqların şəkli əks olunubmuş.Lakin ruzigarın acı yelləri zinət əşyaları üzərindən həmin izlərin çox hissəsini silib. İndi o elementlər öz ilkin forma mənasını itirmiş, bizim günlərə dekorasiya məmulatları kimi gəlib çatmışdır. Bütün bunlara baxmayaraq demək olar ki, Azərbaycanda zərgərlik sənəti min illər ərzində sadədən mürəkkəbə doğru böyük bir inkişaf yolu keçib. Bu da xalqımızın b.e.əvvəlki dövrlərdə olan yüksək mədəniyyətindən xəbər verir...

 

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2010.- 5 fevral.- S. 5.