Unikal sənətə möhtəşəm qiymət

 

Yaşadığımız günlərdə dünya miqyasında çox sürətli bir qloballaşma gedir. Bu sürətli inteqrasiyanın müsbət texnoloji tərəfləri ilə bərabər, mənəvi aşınmaya gətirib çıxaracaq amilləri vardır. Yüksək sürətli qloballaşmanın gətirəcəyi mənəvi deqradasiyanın qarşısında xalqlar yalnız özlərinin özəl zəngin mədəniyyətləri ilə duruş gətirə bilərlər. Azərbaycan dövləti onun Prezidenti cənab İlham Əliyev bu baxımdan çox unikal bir mədəniyyət siyasətinə imza atdı. Mədəniyyətlərarası savaşın getdiyi bir məqamda xalqın spesifik milli dəyərlərinə xüsusi önəm verildi. Min illərlə şifahi şəkildə yaranmış inkişaf etmiş muğam aşıq sənəti yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Muğam aşıq sənəti xalqın köküdür. Bu mənəvi dayağın üzərində boy atan mədəniyyət heç vaxt məğlub ola bilməz. Muğam unikal bir sənətdir. O, dünyanın ən şedevr sayılacaq musiqisinin qarşısında min illər keçsə , məğlub olan deyil. Çünki bu gün Azərbaycan muğamı dövlətimizin, şəxsən onun Prezidenti İlham Əliyev cənablarının xüsusi diqqət qayğısı ilə əhatə olunub.

H.Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da mənəvi dəyərlərimizin qorunmasında, muğam sənətimizin təbliğində müstəsna xidmətləri var. Elə bu xidmət təşəbbüskarlığın nəticəsidir ki, Azərbaycan xalqının unikal sənət nümunələri bütün dünyada tanınır. Bu gün Azərbaycan muğamının səsi Avropanın möhtəşəm mədəniyyət saraylarından gəlir. Beynəlxalq miqyasda aparılmış işlər sayəsində Azərbaycanın muğam sənəti YUNESKO-nun Mədəni İrs Siyahısına daxil edilib. Bu, adi məsələ deyil. Bu, muğam sənətinin dünyaya çıxarılmasıdır.

Möhtərəm Prezidentimiz bugünlərdə görkəmli muğam ustası, respublikanın xalq artisti Əlibaba Məmmədovu «İstiqlal» məni «Şöhrət» ordeni ilə ilə təltif etdi. Vətənin bu yüksək mükafatı təkcə bizi, muğam ifaçılarını yox, bütün musiqisevərləri ürəkdən sevindirdi. Mən möhtərəm Prezidentimizə öz dərin təşəkkürlərimi bildirir, ona uzun ömür cansağlığı arzulayıram.

 

 

Ağaxan Abdullayev,

Azərbaycan Respublikasının

xalq artisti

 

Mədəniyyət.- 2010.- 10 fevral.- S. 3.