Leyli MəcnunŞah İsmayıl” ilk dəfə açıq havada nümayiş olundu

 

     Şəkidə keçirilən “İpək yolu” I Beynəlxalq Musiqi Festivalının dördüncü günü Dövlət Akademik OperaBalet Teatrının təqdim etdiyi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və Müslüm MaqomayevinŞah İsmayıl” tamaşaları ilə yaddaqalan olub.

  

   “Yuxarı Karvansaray” tarixi-memarlıq abidəsinin həyətində keçirilən tədbiri açan OperaBalet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev Bəstəkarlar İttifaqının Şəki Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirdikləri bu layihəni yüksək qiymətləndirib. Teatrın rəhbəri bildirib ki, Azərbaycanda I Beynəlxalq Muğam Festivalı keçirilərkən muğam operalarımızdan olanLeyli və Məcnun”, “Şah İsmayıl” və “Aşıq Qərib” əsərlərindən kompozisiyalar qurulmuşdu. Bu kompozisiyalar həm azərbaycanlı, həm də xarici tamaşaçılar tərəfindən çox yüksək qarşılanıb. Baş rejisssorLeyli və Məcnun” və “Şah İsmayıl” operalarının Şəkidə bir az başqa formada - kompozisiya formasında təqdim ediləcəyini vurğulayıb: «Düşünürəm ki, bu proqram gələcəkdə də davam etdiriləcək və daha möhtəşəm formada xarici ölkə tamaşaçılarına çatdırılacaq».

   Hafiz Quliyev bildirib ki, 100 ildən artıqdır ki, bu tamaşalar oynanılır. İndiyədək bu tamaşalar istər Azərbaycanda, istərsə də xaricdə yalnız teatrların səhnələrində göstərilib: «Lakin bu tamaşalar ilk dəfə məhz bu festivalda, Şəkinin qədim memarlıq abidəsi olan “Yuxarı Karvansaray” abidəsinin həyətində açıq havada tamaşaçılara təqdim olunur».

   Sonra tədbir iştirakçıları M.F.Axundov adına Dövlət Akademik OperaBalet Teatrının təqdim etdiyi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və Müslüm MaqomayevinŞah İsmayıl” operaları əsasında hazırlanmış tamaşalara baxıblar.

   Tamaşaların quruluşçu rejissoru Əməkdar incəsənt xadimi Hafiz Quliyev, dirijorxormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Konsertmeysterlər əməkdar artistlər Məlahət İsmayılova (piano) və Elxan Mansurov (tar), solistlər Xalq artisti Şahlar Quliyev, Əməkdar artist Təyyar Bayramov, habelə İlkin Əhmədov, Vüsalə Musayeva, Arzu Əliyeva və İlahə Əfəndiyevadır.

   Hər biri 55 dəqiqə davam edən bu tamaşaların başqa regionlarda da nümayişinin təşkili nəzərdə tutulur. Operaların açıq havada nümayişi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

   Böyük müvəffəqiyyətlə başa çatan tədbirin sonunda Hafiz Quliyevə, habelə solistlərə Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

   Qeyd edək ki, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən “İpək Yolu” I Beynəlxalq Musiqi Festivalı iyulun 2-də öz işini başa vuracaq.

 

 

  Mədəniyyət.- 2010.- 2 iyul.- S. 3.