“Gənclər turizminin inkişaf etdirilməsi” adlı layihə icra olunur

 

   “Azad Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Ölkədə gənclər turizminin inkişaf etdirilməsi" adlı layihənin icrasına başlayıb.

  

   Layihənin həyata keçirilməsində əsas məqsəd - Azərbaycanın təbii irsinin təbliğ edilməsi, turizm xidmətlərinə dair gənclərə bilik və bacarıqların öyrədilməsi, gənclərin iştirakı ilə turizm və diyarşünaslıq hərəkatının inkişaf etdirilməsindən ibarətdir.

   Layihə Lerik rayonunda 27 gənc arasında uğurla həyata keçirilib. Layihə zamanı gənclərə təlim kursunun gündəliyi və təlim materialları paylanılıb.

   Layihənin davamı Oğuz rayonunda nəzərdə tutulur.

 

 

   Mədəniyyət.- 2010.- 14 iyul.- S. 2.