Sumqayıt Uşaq Kitabxanasının saytı yenilənib

 

   Sumqayıt Şəhər Uşaq Kitabxanasının internet səhifəsi (www.sum-child.az) yaradılıb. Saytda kitabxana haqqında məlumatlar, habelə kitabxananın fondunda olan yeni kitabların elektron variantı oxuculara təqdim edilir. Saytda Sumqayıt haqqında ətraflı informasiya yerləşdirilib və ölkə başçısının sərəncamı ilə 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar “Ekologiya” bölməsi yaradılıb. “Sumqayıt hadisələri” linkində isə 1988-ci ildə şəhərdə baş vermiş hadisələrin gerçək mahiyyəti haqda məlumat və elektron kitablar oxuculara təqdim edilir.

 

 

   Mədəniyyət.- 2010.- 14 iyul.- S. 13.