Rafiq Babayevin xatirəsinə həsr olunmuş gecə keçirilib

 

   Bakı Caz Mərkəzində Azərbaycanda musiqi sənətinin inkişafına dəyərli töhfələr vermiş Xalq artisti Rafiq Babayevin xatirəsinə həsr olunmuş gecə keçirilib.

   Tədbirdə çıxış edənlər bir sıra beynəlxalq mükafatlar laureatı Rafiq Babayevin ölkəmizdə caz sənətinə marağın yaradılmasında və onun inkişafında böyük xidmətləri olduğunu xüsusi vurğulayıblar.

   Bildirilib ki, çoxsaylı caz kompozisiyaları, pyeslər, mahnılar, xalq musiqilərinin oranjimanları, 20-dən artıq kinofilm üçün mahnılar yazan Rafiq Babayev 1993-cü ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.

   Tədbirdə mərhum bəstəkarın qızı Fərizə Babayeva atasının xatirəsinə yazdığı kitabı iştirakçılara təqdim edib. “Rafiq Babayev: mövzudan improvizəyə” adlı kitab “AccessBank”ın maliyyə dəstəyi ilə işıq üzü görüb.

   Gecədə tanınmış musiqi xadimləri və caz ifaçıları iştirak edib.

 

 

   Mədəniyyət.- 2010.- 16 iyul.- S. 6.