Həyat etüdləri

 

   Hüseyn Əhmədov: “Bir gün teatra gəlməyəndə elə bilirəm qiymətli nə isə itirmişəm”

  

   Sənət etüdü

  

   Bu hadisə 63 il bundan əvvəl, 1947-ci ilin yayında baş verib...

   ...Qarmağını hazırlayıb çaya atdı. Çox gözləyəsi olmadı. Qarmağına balıq düşdü. Sonra etmək lazımdır? , balığı səbirlə təmizləməyə başladı, qarnını yaranda qızıl üzüyü görüb gözlərinə inanmadı. Balığın qarnından tapdığı üzüyü böyük sevinclə barmağına taxdı, qarmağını yığışdırıb getdi...

   Bir anda imtahan otağını alqış səsləri bürüdü. Onu alqışlayanlar qabiliyyət imtahanının komissiya üzvləri professor Aleksandr Tuqanov, Adil İsgəndərov, Rza Təhmasib kimi böyük sənətkarlar idi...

   Üstündən 18 il ötdü. 1965-ci ilin mayında bir vaxtlar qarmaqla balıq tutan o gənc oğlanın təşəbbüsü, əməyi, zəhməti ilə Azərbaycan Dövlət Kukla Teatrının təntənəli açılışı oldu.

   İndi 2010-cu ilin yayıdır...

   Ömrünün 60 ildən çoxunu Azərbaycan mədəniyyətinə, incəsənətinə həsr edən, biliyi, bacarığı, ən əsası, insani keyfiyyətləri ilə böyük hörmət, nüfuz qazanan, müxtəlif illərdə müxtəlif vəzifələrdə çalışan, hazırda A.Şaiq adına Dövlət Kukla Teatrında ədəbi hissə müdiri işləyən 82 yaşlı Hüseyn Əhmədov ömrünün ən maraqlı anlarını bu gün könül xoşluğu ilə xatırlayır...

  

   İncəsənət naminə

  

   - 1947-ci ildə İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti - red.) rejissorluq fakültəsinə daxil oldum, təhsilimi uğurla başa vurdum. 1952-ci ildə məni Bakı şəhər İncəsənət Komitəsinə inspektor göndərdilər. 1953-cü ildə respublikada ərazi-inzibati bölgüdə dəyişikliklər oldu, Bakı Vilayəti yaradıldı. Vilayət İcraiyyə Komitəsində şöbələr təşkil olunurdu, mənim də İncəsənət şöbəsinə müdir təyin edilməyim barədə təqdimat verildi. Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırovun qəbuluna getdik. Bütün şöbə müdirləri təsdiq olunsa da, Mircəfər Bağırov mənim sənədlərimi təsdiq etmədi.

   - Niyə?

   - Anketimə baxdı, o zaman mənim atam (akademik Həsən Əhmədov - red.) vəzifəli şəxs idionlar bir-birlərini tanıyırdılar. Anketi çevirdi, gördü, orda yazılıb ki, subayam. Kadrlar üzrə ikinci katib Qəzənfər Məmmədova tərs-tərs baxıb dedi ki, siz bu cavan oğlanı incəsənət şöbəsinə müdir qoymaq istəyirsiniz?

   Onda Hüseyn Əhmədovun 25 yaşı vardı...

   - Mərkəzi Komitədən kor-peşman qayıdıb gəldim. İş yerində Ağamirzə Əhmədov vardı, atama dedi ki, ay Həsən, oğlunu Mircəfər Bağırov təsdiq eləmədi. Nədir-nədir, bəs subaydır. Hələ bir ay vaxtımız var... Deyiklim vardı, tezliklə “zaksa sənəd verdim, nişanlandım, kağızı aparıb kadrlar şöbəsinə verdim.

   Ancaq, necə deyərlər, hər anın bir hökmü var. 2-3 həftədən sonra respublikanın ərazi-inzibati bölgüsündə yenə dəyişikliklər oldu, vilayət komitələri ləğv edildi. Respublika Mədəniyyət Nazirliyi yaradıldı.

   - Cəfər Cəfərovu nazir təyin etdilər. Məni tanıyırdı, çağırdı nazirliyə, İncəsənət şöbəsinə inspektor təyin etdi. İki ay keçməmiş Moskvadan sifariş gəldi ki, bəs Leninqradda Mədəniyyət Nazirliyinin xətti ilə məsul incəsənət işçiləri hazırlayan kurs açılır, öz nümayəndənizi göndərin. Namizədlər çox olsa da, axırda mənim üzərimdə dayandılar.

   6 ay Leninqradda kurs keçdim. Orada bütün teatrlarda təcrübə keçirdik. Mən Kukla Teatrını seçdim. Çünki o zamanlar bizdə Kukla Teatrı briqada kimi fəaliyyət göstərirdi. Leninqraddan qayıdanda özümlə oradakı Kukla Teatrının materiallarını gətirmişdim. Nazirin qəbulunda oldum, Kukla Teatrının yaradılması barədə ideyam xoşuna gəldi. Qısa müddətdə kollegiya iclası çağırıb Mərkəzi Komitəyə, Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə yazılı müraciət etdilər ki, Bakıda Azərbaycan Dövlət Kukla Teatrı təşkil olunsun. Bu ərəfədə də məni nazirlikdə incəsənət şöbəsinin rəis müavini vəzifəsinə təyin etdilər. Çox çalışırdım ki, teatr tez açılsın. Teatr isə nə az, nə çox, düz 10 ildən sonra açıldı.

   1964-cü ilin aprel ayında teatrın təşkili ilə bağlı Nazirlər Sovetinin qərarı çıxır. Hüseyn Əhmədov teatrın direktoru təyin olunur. Ancaq teatra hansı binanın verilməsi mübahisələrə səbəb olur.

   - O zaman indiki Kukla Teatrının binasında Dövlət Kənd Təsərrüfatı Muzeyi yerləşirdi. Az sonra Gəncədə Elmi-Tədqiqat Kənd Təsərrüfatı İnstitutu (indiki Kənd Təsərrüfatı Akademiyası - red.) açıldı, bu muzey də Gəncəyə köçürüldü, binanı isə teatra verdilər.

   Söhbətimizin bu məqamında Hüseyn müəllimin köməyi ilə kiçik addımlarla böyük tarix yaradan Dövlət Kukla Teatrının keçdiyi yola nəzər salırıq.

  

   Kukla Teatrının tarixinə qısa bir nəzər

  

   A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının zəngin tarixi var. Bu teatrın ilk yaradıcı isə aktyor Mollaağa Bəbirli olub. Bir müddət truppa halında fəaliyyət göstərən kollektivə Cəfər Cabbarlının başqa ziyalıların yaxından köməyi ilə 1931-ci il 16 iyun tarixdə respublika Maarif Komissarlığının əmri ilə Türk (Azərbaycan) Kukla Teatrı adı verilib. Teatr ilk dəfə 1932-ci ildə öz səhnəsində Y.CaplıqininSirkməzhəkə tamaşasını nümayiş etdirib. Teatrın öz binası olmadığından Mollağa Bəbirlinin evində, sonralar məktəbin, Dövlət Filarmoniyasının, Gənc Tamaşaçılar Teatrının binasında fəaliyyət göstərir.

   1948-ci ildə Moskvanın qərarı ilə ölkədəki teatrlar dövlət büdcəsindən çıxarılıb bağlanır. Kukla teatrı da bu taleyi yaşayır. Belə çətin məqamda teatrın aktyoru rejissoru Nadir Zamanovun fədakarlığı sayəsində teatr 1965-ci ilə kimi fəaliyyət göstərir.

  

   Dövlət Kukla Teatrının ilk tamaşası - “Göyçək Fatma

  

   - Azərbaycan Dövlət Kukla Teatrının 1965-ci il may ayında hazırda yerləşdiyi binada təntənəli açılışı oldu. İlk dəfə teatrın səhnəsindəGöyçək Fatmatamaşasını göstərdik. Tamaşanın rejissoru Musiqili Komediya Teatrının rejissoru Niyaz Şərifov, bəstəkarı Oqtay Zülfüqarov, rəssamı Faiq Əhmədov idi. Baş rollarda Münəvvər Zamanova, Nadir Zamanov, Şəfiqə Axundova oynayırdılar.

   Rus bölməsinin tamaşası olmadığından Moskvaya gedib Sergey Obraztsovun teatrında Y.Trovskayanın əsəri əsasında oynanılanDurna balığının əmri ilətamaşasını gətirib rus bölməsinin iştirakı ilə nümayiş etdirdik.

   İlyarım sonra ilk dəfə Naxçıvana qastrol səfərinə gedən teatrGöyçək FatmaÇırtdantamaşalarını nümayiş etdirir. Kukla teatrının tamaşaları naxçıvanlıların xoşuna gəlir. Hüseyn Əhmədovun yaxından köməyi ilə Naxçıvan Dövlət Kukla Teatrı açılır.

   5 il müddətində teatrı yüksək səviyyədə təşkil edən Hüseyn Əhmədov bu müddətdə istedadlı gəncləri teatra cəlb etmək üçün böyük müsabiqə təşkil edir. Həm Azərbaycan, həm rus bölməsinə aktyorlar seçmək üçün komissiya yaradılır. Şəmsi Bədəlbəyli, Adil İsgəndərov kimi sənətkarlar istedadların seçilməsində yaxından iştirak edirlər.

  

   Pillələr

  

   1970-ci ildə Rauf Hacıyev nazir təyin olunandan sonra Hüseyn Əhmədovu yenidən nazirliyə çağırırlar...

   - Biz Rauf Hacıyevlə dost idik. Dedi ki, sənsiz işləyə bilmərəm. Mən yenidən İncəsənət şöbəsinin rəis müavini vəzifəsinə təyin olundum 1990-cı ilə kimi orda işlədim. 1990-cı ildə təqaüd vaxtım çatdı. Dedilər, hara istəyirsən səni ora göndərək. Dedim, madam ki, elədir, məni Kukla Teatrına göndərin.

   Yollar onu yenidən çox sevdiyi ürəkdən bağlandığı Kukla Teatrına gətirir.

   Hazırda doğma teatrında Hüseyn müəllim kollektivin sevimlisi ağsaqqalıdır.

   Bəs, görəsən, Kukla Teatrının hansı tamaşasına yenidən baxmaq istəyərdi?

   - Kukla Teatrının səhnəsindəCırtdan”ın üç quruluşuna baxmışam: Mirhüseyn Seyidzadə, Nadir Zamanov Mirzəağa AtəşinCırtdan”ına. Mövzu eyni olsa da, müxtəlif səpkilərdə bu tamaşaya baxmaqdan xoşum gəlirdi. O vaxtlarÜç qardaş başqa-başqa ailədəadlı bir yazı da yazmışdım.

  

   Hüseyn müəllim rejissor olsa da, ömrü boyu inzibati işlərdə işlədiyindən cəmi iki tamaşa hazırlayıb.

  

   - Akademik Dram Teatrında diplom işi kimiZərif tellərtamaşasını hazırlamışdım. Səttar Axundovun əsəri idi. Diplom işimin rəhbəri qocaman rejissor Səfər Turabov idi. Quba teatrında isə ikipərdəliQız Qalasıtamaşasını hazırlamışdım.

  

   Bir anlıq fikrə gedir, sonra sözlərinə davam edir:

  

   - Xidmətlərim çox olub. Həyatda əldə etmişəmsə, zəhmətim, əməyim sayəsində əldə etmişəm. Baxmayaraq ki, atam Həsən Əhmədov akademik idi. Elmi-Tədqiqat Geofizika İnstitutunun banisi sayılır, amma o çox sadə, öz əməyi ilə yaşayan bir insan idi. Yadımdadır, hər ayın başında anam deyərdi: Həsən, pul qurtarır. Biz belə yaşamışıq.

  

   Hüseyn Əhmədov ömrünü mənalı sayır, çünki bu ömrün naxışlarını özü vurub. Ailə sarıdan da xoşbəxt insandır. Qayğıkeş ömür-gün yoldaşı, öyünə biləcəyi övladları hər bir babanın fəxr edə biləcəyi nəvələri var.

   Buna baxmayaraq: “Bir gün teatra gəlməyəndə elə bilirəm qiymətli isə itirmişəm. İstirahət günü özümə yer tapa bilmirəm” - deyir.

   Uzun illər əməyi, zəhməti nəticəsiz qalmayıb. Əməkdar mədəniyyət işçisi adına layiq görülüb, Prezident təqaüdçüsüdür. Dövlətin qayğısından olduqca razıdır.

  

   Həyat etüdü

  

   Hüseyn Əhmədov ömrünün 82-ci çağında da həyatsevər, mehriban, səmimi, qayğıkeşdir. İlk sənət etüdündən alqış qazandığı kimi, onun həyat etüdləri alqışlara layiqdir.

   Bir sualı isə müsahibimə verməyi unutdum. Görəsən, balığın qarnından tapdığı üzük hələ barmağındadır?

  

 

   Təranə Məmmədova

 

    Mədəniyyət.- 2010.- 21 iyul.- S. 7.