Muzey Mərkəzində yay sərgisi

 

   Muzey Mərkəzində gənc rəssamların rəsm əsərlərindən ibarət yay sərgisi açılıb. Sərgidə Niyazi Nəcəfov, Eldar Qurbanov, Vüqar Muradov, Anar Nuriyev, Mirnadir Zeynalov kimi tanınmış rəssamların yay mövsümü ilə bağlı rəngkarlıq işləri sərgilənir.

   Sərgidə həmçinin “Caz üslubunda oyuncaqlar” layihəsindən tanıdığımız oyuncaqlar da nümayiş olunur. Maraqlı eksponatlardan biri də Albina Əbubəkirovanın əl işləridir. Sərgi yay mövsümünün sonunadək davam edəcək.

 

 

   Mədəniyyət.- 2010.- 28 iyul.- S. 4.