Rəsul Rza ənənələri çağdaş ədəbi proses

 

Mayın 6-da Azərbaycan Yazıçılar Birliyi (AYB) və Yeni Yazarlar və Sənətçilər Qurumunun birgə təşkilatçılığıyla M. F. Axundov adına Milli kitabxanada “ Rəsul Rza ənənələri və çağdaş ədəbi proses” adlı elmi-nəzəri konfrans keçirildi.

Ədəbi ictimaiyyətin nümayəndələri, tanınmış alimlər və tələbələrin qatıldığı kon- fransı açan AYB-nin tənqid və publisistika seksiyasının rəhbəri, tənqidçi Bəsti Əlibəyli tədbirin keçirilmə zərurəti haqqında danışdı.

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı Aydın Xan ölkə prezidentinin sərəncamı ilə XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Rəsul Rzanın 100 illik yubileyinin respublikanın hər yerində təmtəraqlı qeyd edildiyini vurğuladı.

Bildirildi ki, mayın 27-də Milli Kitabxanada keçiriləcək «Bakı kitab bayramı» Azərbaycan Xalq Cümhuriyyətinin 92 illiyinə və Xalq şairi R.Rzanın 100 illik yubileyinə həsr olunacaq.

Rəsul Rza Fondunun sədri, Xalq şairi Fikrət Qoca çıxışında görkəmli şairin ədəbiyyatımızın inkişafındakı rolunu xüsusi vurğuladı. Daha sonra konfransda filoloq alimlər tənqidçilər - Vaqif Yusifli, Rahid Ulusel, Rüstəm Kamal başqaları çıxış etdilər. Eləcə tanınmış qələm adamlarından Oqtay Rza, İlyas Tapdıq başqaları R.Rza barədə ürək sözlərini, xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Tədbirin sonunda yubilyarın ailəsi adından AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək həm ölkə prezidentinə, həm tədbirin təşkilatçılarına iştirakçılara minnətdarlığını bildirdi.

 

 

Mədəniyyət.- 2010.- 7 may.- S. 13.