Rəsul Rzanın ev-muzeyi yenidən açıldı

 

Mayın 14-də Göyçay şəhərində Xalq şairi Rəsul Rzanın ev-muzeyinin təmir bərpadan sonra təntənəli açılışı oldu. Mərasimdə iştirak etmək üçün Bakıdan geniş nümayəndə heyəti Göyçaya getmişdi.

 

Yolboyu düşünürdüm: bir vaxtlar bu yollar gələcəyin böyük şairini arzularının dalınca böyük şəhərə - Bakıya aparırdı. Yollar aparırdı, amma o bilmirdi ki, qarşıda onu hansı həyat gözləyir. Yaxşı ki bilmirdi, özünə sözünə güvənirdi. Bir qoyub gəldiyi qollu-budaqlı çinarlara... Sonralar yaradıcılığında çinarlar pöhrələyib böyüdü, qol-qanad açdı, Rəsul Rza poeziyası ənənəvi poeziyanın divarlarını aşıb sərbəst oldu... Çinar kimi...

Özü çinar ömrü yaşadı. Qollu-budaqlı, əzəmətli, kölgəli... qorxdu, əyildi, sındı.

 

Çinar beş yüz ildən bir az

Bircə yaz

Az yaşadı.

Amma yaşadı ha!!!

 

Bu gün çinar ömürlü şairin100 yaşı tamam olur.

Qarayazı, Qaraməryəm kəndləri arxada qalır, yollar bizi istədiyimiz ünvana çatdırır. Rəsul Rzanın ev-muzeyinin açılışına gələnləri nar bağları, xan çinarları, bu yurdun övladları, Rəsul Rza ocağının Anarı doğmaları qarşıladı.

Əvvəlcə rayon ictimaiyyəti qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edib, ulu öndərin xatirəsini tər çiçəklərlə yad etdilər. Sonra ziyarətçilər Rəsul Rzanın evinə yol aldılar.

Rəsul Rzanın ev-muzeyinin açılış mərasimini Rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova açaraq tədbir iştirakçılarını salamladı, şairin həyat yaradıcılığından danışaraq qeyd etdi ki, harada olursa-olsun, Rəsul Rza üçün Vətən Göyçaydan başlayıb. Anası Məryəm xanımın şirin laylalarını bu evdə eşidib, 12 yaşında ilk şeirini bu evdə yazıb. Sonra rayon ziyalıları adından çıxış edən 7 saylı məktəbin direktoru Adil Məmmədov həyəcanlı, yaddaqalan, tarixi bir an yaşadıqlarını belə bildirdi. Bu gün Göyçayda yeni bir mədəniyyət ocağının, poeziya evinin açılışında iştirak edirik. Rəsul Rza 100 il əvvəl burada dünyaya gəldi, buradan sənət yoluna addımladı, poeziyası ilə dünyanın tərəqqipərvər oxucularının ürəyini fəth etdi uzun illərdən sonra öz evinə qayıtdı. Bundan sonra Rəsul Rzanın doğulduğu ocaq ev-muzeyi, xatirə muzeyi, poeziya evi kimi fəaliyyət göstərəcək, bu müqəddəs ocaq Göyçay ziyalılarının ən çox üz tutduğu bir məkan olacaq.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov da Azərbaycan ədəbiyyatında, Azərbaycanın ictimai həyatında öz sözünü demiş həmyerliləri Rəsul Rzanın ev-muzeyinin açılışı münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi.

 

Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fondunun mükafatı

 

Tədbirdə daha sonra Rəsul Rza adına Ədəbiyyat Fondunun sədri, Xalq şairi Fikrət Qoca çıxış edərək bildirdi ki, fondun təsis etdiyi mükafat bu il əlamətdar bir gündə sahiblərinə təqdim olunacaq. Mədəniyyət turizm naziri Əbülfəs Qarayevə, Göyçay RİH başçısı Mənsur Məmmədova, heykəltəraş Azad Zeynalova, Azərbaycan qəzetinin mədəniyyət şöbəsinin müdiri Flora Xəlilzadəyə, Rəsul Rzanın ev-muzeyinin direktoru Solmaz Həsənovaya, rejissor Əhliman Qafarova Rəsul Rza mükafatları təqdim olundu.

 

Xoş təsadüf

 

Mərasimdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son illər Azərbaycan ümummilli liderimiz Heydər Əliyev siyasətinin yeni mərhələsini yaşayır: Ülu öndər mədəniyyət sahəsinə xüsusi önəm verirdi. Bu ənənə bu gün daha geniş miqyasda həyata keçirilir. Şəhərlərin görkəmindən tutmuş yeni mədəniyyət ocaqlarının yaradılmasınadək böyük işlər görülür, incəsənət mədəniyyət xadimlərinə diqqət qayğı göstərilir.

Nazir Rəsul Rzanın 100 illiyinin geniş şəkildə qeyd olunmasının əhəmiyyətindən söz açdı: Azərbaycan poeziyasında Nizamidən, Xəqanidən tutmuş bugünə qədər yaşayıb-yaradan şairlərin sırasında Rəsul Rzanın özünəməxsus yeri var, o yer hər zaman Rəsul Rzaya məxsus olacaq.

Nazir böyük şairin ev-muzeyinin açılışının 18 may Beynəlxalq Muzeylər Günü ərəfəsinə təsadüf etdiyini vurğulayaraq bunun xoş bir təsadüf olduğunu dedi: Görün, gözəl təsadüfdür. Rəsul Rzanın ev-muzeyinin belə bir vaxtda açılması Beynəlxalq Muzeylər Gününə töhfədir. Bu gün Azərbaycan xalqı üçün yeni bir mənəviyyat ünvanı yaradıldı.

Çıxışının sonunda muzeyin yaradılmasında əməyi, əziyyəti olan hər kəsə təşəkkürünü bildirən Ə.Qarayev əminliklə bildirdi ki, bu ünvanda həyat davam edəcək, burada söz, poeziya, mənəvi ucalıq daima əziz tutulacaqdır.

 

Əbədi qayıdış

 

Rəsul Rza ocağının davamçısı, Xalq yazıçısı Anar göyçaylıları, qonaqları salamlayaraq çoxdan gözlədikləri günün gəlib çatdığını bildirdi. 14-15 yaşına kimi yaşadığı şəhərə Rəsul Rza indi əbədi qayıtdı, - deyən yazıçı Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam verdiyinə görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlığını bildirdi. O, bildirdi ki, Rəsul Rzanın yubileyi münasibəti ilə AMEA-da, Azərbaycan Pedaqoji Universitetində, Mədəniyyət İncəsənət Universitetində, M.F.Axundov adına Milli Kitabxanada silsilə tədbirlər keçirilib. Türkiyənin paytaxtında, şəhərlərində Rəsul Rzanın 100 illiyi qeyd olunub. Anar Rəsul Rza şeirlərini Türkiyə türkcəsinə uyğunlaşdıran orada çap etdirən İmdad Əfşara təşəkkürünü bildirdi.

Muzeyin ərsəyə gəlməsi üçün göstərdiyi səylərə görə hörmətli mədəniyyət turizm naziri Əbülfəs Qarayevə xüsusi təşəkkür edirəm. Mədəniyyət Turizm Nazirliyinin bu işlə məşğul olan bütün əməkdaşlarına, Göyçay Rayon İcra Hakimiyyətinə, Mənsur Məmmədov başda olmaqla bu işdə zəhməti keçən bütün göyçaylılara təşəkkür edirəm. Muzeyin direktoru Solmaz xanıma minnətdarlığımı bildirirəm. Onun fəaliyyəti nəticəsində muzey nəfis şəkildə tərtib olunub. Bu gün Rəsul Rza mükafatı alanların hamısını təbrik edirəm.

Çıxışlardan sonra rəmzi qırmızı lent kəsildi. 100 il əvvəl Rəsul Rzanın dünyaya göz açdığı ev qonaqlarını musiqi sədaları ilə qarşıladı...

Rəsul Rzanın sadə, bol xatirələrlə dolu olan ev-muzeyində 600-dən çox eksponat var. Dörd zaldan ibarət olan muzeydə şairin həyat yaradıcılığını, ictimai-siyasi fəaliyyətini əks etdirən guşələrlə yanaşı, şairin həyat yoldaşı Nigar xanıma həsr olunmuş guşədə qiymətli xatirələr, izlər qorunub saxlanılır.

Rəsul Rzanın ev-muzeyini ziyarət edənlər bu ocaqdan xoş xatirələrlə ayrıldılar. Bundan sonra bu evin ziyarətinə gələnlər çox olacaq. Çünki bu evdə çinar ömürlü bir şairin ruhu yaşayır.

 

Belə yaşayacaqdı,

Kökü torpağa bağlı.

Vüqarlı çinar kimi,

Müdrik babalar kimi.

 

 

Təranə Məmmədova,

Bakı-Göyçay-Bakı

 

Mədəniyyət.- 2010.- 19 may.- S. 4.