Fransızlar Azərbaycan muğamının cazibəsində

 

Fransanın Eql şəhərinin 1000 illik yubiley tədbirlərində səslənən muğamlarımız böyük maraqla qarşılanıb

 

Mayın 13-14-də Fransanın ölkəmizdəki səfirliyinin dəvəti, Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin dəstəyilə muğam üçlüyü - Beynəlxalq Muğam Festivalının laureatı gənc xanəndə Vəfa Orucova, tarzən Rüfət Həsənov, kamança ifaçısı Elnur Mikayılov Fransanın Eql şəhərinin 1000 illik yubiley tədbirlərində iştirak ediblər.

 

Fransada ilk dəfə səfərdə olan gənc musiqiçilərimiz xoş təəssüratla qayıdıblar. Fransada Azərbaycan muğamlarını yüksək qiymətləndirir sevirlər. Biz Azərbaycandan olan ilk musiqiçilər idik ki, bu ölkənin qədim Eql şəhərində çıxış edirdik - deyə Rüfət Həsənov təəssüratlarını bölüşdü. O, şəhərin yubiley tədbirlərində, Azərbaycanla yanaşı, İsveçrə, Almaniya, Türkiyə başqa ölkələrdən nümayəndələrin iştirak etdiyini bildirdi.

Azərbaycan musiqiçiləri yubileyin açılışında bağlanışında çıxış ediblər. Dünya mədəniyyətinə böyük töhfələr vermiş Fransanın tələbkar tamaşaçıları qarşısında Segah, Çahargah, Bayatı Şiraz, Mahur hindi muğamlarını təqdim edən musiqiçilərimizin ifası alqışlarla qarşılanıb. Musiqiçilərimiz muğamlarla yanaşı xalq bəstəkar mahnıları da ifa ediblər. Tədbirdən sonra şəhərin meri sənətçilərimizə yanaşaraq musiqi alətlərimizlə maraqlanıb.

Vəfa Orucova: Mer mənə müraciətlə Sizin qeyri-adi səs tembriniz var, o zəngulələri necə edirsiniz. Bu, Allah vergisidir, yoxsa o səsi idarə eləməyin texnikası var? deyə soruşdu. Mən dedim ki, Allah vergisidir.

Musiqiçilərimiz Eql şəhəri barədə təəssüratlarını da bölüşdülər. Bu şəhər İçərişəhərə bənzəyir, abidələri, qədimliyi olduğu kimi qoruyub saxlamağa çalışırlar, - deyə Elnur Mikayılov bildirdi.

Musiqiçilərimiz yubiley tədbirinin bir yaddaqalan məqamını da qeyd etdilər. Onların sözlərinə görə, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov Eql şəhərinin merinə Azərbaycan xalçası bağışlayıb. Mer bu hədiyyəni hörmətlə qəbul edi

Musiqiçilərimiz bu maraqlı, yaddaqalan səfərin təşkil olunmasına görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərini bildirdilər.

 

 

Təranə

 

Mədəniyyət.- 2010.- 21 may.- S. 5.