Azərbaycan teatr portalının pilot layihəsinin təqdimatı keçirildi

 

   Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində noyabrın 11-də Azərbaycan teatr portalının pilot layihəsinin təqdimatı keçirildi. PortalıMusiqi dünyasıjurnalının baş redaktoru, professor Tariyel Məmmədov festival iştirakçılarına təqdim edərək Azərbaycanın bütün teatrlarını əks etdirəcək portal haqqında məlumat verdi: “İlk dəfə olaraq Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə böyük Azərbaycan teatrı portalı hazırlanır. Portal üç dildə - Azərbaycan, rus ingilis dilində istifadəyə veriləcək. Bu portalda 27 dövlət teatrı birləşib fəaliyyət göstərəcək. Bu portalın bünövrəsi informasiya məlumat xəzinəsi olacaq. Bunun içində böyük aktyorların, rejissorların səsləri, əlyazmaları, foto video sənədləri olacaq. Bütün dünyadakı teatrsevərlər bu portal vasitəsi ilə əsərlərlə, tamaşalarla tanış olmaq imkanı əldə edəcək”.

   T.Məmmədov qeyd etdi ki, portalda “O olmasın, bu olsun”, “Koroğluoperasından, “Yeddi gözəlbaletindən nümunələr yer alacaq. Veb-sayt teatr haqqında bütün dünya üçün məlumat kitabçası olacaq: “Portalda virtual ekspozisiya olacaq. Hər bir maraqlanan şəxs bir saat ərzində Azərbaycan teatrı haqqında məlumat edə biləcək. Bir ildən sonra böyük layihənin təqdimatını etmək fikrindəyik”.

   T.Məmmədov bildirdi ki, portalda 252 saatlıq video material, teatr xadimlərinin 12500-ə qədər fotomaterialı yerləşdirilib. Bundan başqa tanınmış sənət adamlarının ifasında səslənən qəzəlləri dinləməklə gənclər, tələbələr onların düzgün deyiliş formasını da öyrənə bilər. Bir sözlə, bu veb-sayt teatr haqqında məlumat kitabçası olacaq: “Portalda virtual ekspozisiya olacaq. Hər bir maraqlanan şəxs bir saat ərzində Azərbaycan teatrı haqqında gözəl məlumat əldə edə biləcək. Bir ildən sonra böyük layihənin təqdimatını etmək fikrindəyik”. 

 

 

  Mehparə

 

  Mədəniyyət.- 2010.- 12 noyabr.- S. 3.