Vaqif Mustafazadənin caz kompozisiyaları Tallinndə səslənib

 

   Bu il məşhur Azərbaycan musiqiçisi, caz ustası Vaqif Mustafazadənin anadan olmasının 70 ili tamam olur. Estoniyanın novosti.ee internet portalı yazır ki, Vaqif Mustafazadə 1966-1967-ci illərdə Tallinn caz festivalının laureatı olub.

  

   Estoniyada yaradılmış Avropanın Türk Qafqaz Xalqları Assosiasiyası (TKREA) hər il görkəmli incəsənət xadimlərinə həsr olunmuş gecələr keçirir. Bu il məşhur pianoçu bəstəkar Vaqif Mustafazadənin xatirə gecəsi təşkil olunub. Estoniya Elmlər Akademiyasında keçirilən tədbirdə qonaqları TKREA-nın prezidenti Yaqub Yaqubov Estoniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev qarşılayıblar.

   Məşhur pianoçunun musiqi taleyi çoxlu konsertlərlə çıxış etdiyi müsabiqələrdə iştirak etdiyi Bakı, Tbilisi digər şəhərlərlə bağlıdır. Şərqşünas Artur Last Vaqif Mustafazadənin yaradıcılıq bioqrafiyasının bu digər məqamları barədə məlumat verib: “Təəssüf ki, amansız ölüm təkrarsız musiqiçinin ömür yolunu yarımçıq kəsdi. Lakin qısa vaxt ərzində o, bir neçə ansambl yaratdı, gələcək nəsillərə bir neçə musiqi valı ərməğan etdi”.

   Vaqif Mustafazadə 1978-ci ildə Monakoda keçirilən beynəlxalq caz festivalının qalibi olub. Bu, Vaqifin zəfər anı idi. Heyf ki, onun musiqisi Tallinndə keçirilən dünyanın müxtəlif ölkələrindən ən yaxşı caz ifaçılarının iştirak etdiyi illik caz festivallarında səslənmir. Tənqidçilər deyirlər ki, Vaqif Mustafazadənin sayəsindəAzərbaycan cazıfenomeni yaranıb. İndi, 40 ildən sonra Vaqif Mustafazadənin musiqisi Tallində yenidən səslənib

 

 

   Mədəniyyət.- 2010.- 13 oktyabr.- S. 2.