Yazıçı-publisist Mustafa Çəmənli ilə görüş

 

    Oktyabrın 22-də Mədəniyyət İncəsənət Universitetində yazıçı-publisist Mustafa Çəmənli ilə görüş keçirildi. Sənətşünaslıqfakültəsinin dekanı Vəfa Əliyev tədbiri giriş sözü ilə açaraq, Mustafa Çəmənli yaradıcılığından danışdı. Ədəbi yaradıcılıq ekran dramaturgiyasıkafedrasının müdiri, yazıçı-dramaturq Aqşin Babayev çıxışında bildirdi ki, Mustafa Çəmənli yaradıcılığında vətənpərvərlik mövzusu xüsusi yer tutur. Onun əsərləri Azərbaycan gəncləri üçün tükənməz ruh mənbəyidir: “Mustafa Çəmənli təkcə qələmi ilə deyil, həm mənəvi səviyyəsi, şəxsiyyəti ilə xalqımızda vətənpərvərlik hissləri oyadır. O, dəfələrlə döyüş bölgələrində, səngərlərdə olmaqla bunu bir daha sübut edib”.

  

   Tədbirdə iştirak edən dramaturq Əli Əmirli yazıçı həmkarının yaradıcılığının məziyyətlərindən, ədəbi nailiyyətlərindən danışdı, Mustafa Çəmənlinin gözəl nasir publisist olduğunu bildirdi. Jurnalist Tahir Aydınoğlu isə çıxışında Mustafa Çəmənlinin könlünü sözə, musiqiyə vermiş yazar, eyni zamanda, Azərbaycanın peşəkar jurnalistikasının görkəmli nümayəndəsi olduğunu diqqətə çatdırdı.

   Tədbirdə iştirak edən yazıçı-publisist İntiqam Mehdizadə, rəssam Natiq Ağayev, professor Həsən Quliyev, teatrşünas Atababa İsmayıloğlu digər qonaqlar Mustafa Çəmənlinin yaradıcılığından söz açaraq onunXallı gürzə”, “Fred Asif”, “Mübarizkitablarının əsl vətənpərvərlik salnaməsi olduğunu vurğuladılar.

   Görüşün sonunda Mustafa Çəmənli ədəbi fəaliyyəti, bu günə qədər qələmə aldığı əsərləri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyiMübarizpovesti ilə bağlı tələbələrin suallarını cavablandırdı.

  

   Ceyhun

 

   Mədəniyyət.- 2010.- 27 oktyabr.- S. 13.