Dövlət Film Fondu yeni tədbirlərə hazırlaşır

 

Yeni ilin başlanması ilə bütün dövlət qurumları öz illik ya yarımillik tədbirlərinin planlarını hazırlayır. Mədəniyyət sferasına daxil olan bütün sahələr daim diqqət mərkəzində maraq dairəsindədir. Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev 2010-cu ilin yarım illiyində Film Fondun təşkil edəcəyi tədbirlər haqqında bizə məlumatlar verdi:

 

«Qeyd etmək istəyirəm ki, artıq yanvarın 16-da Dövlət Film Fondunun nəzdində yaranmış Uşaq Kino Evində çox maraqlı tədbir olcaq. Bir ay bundan öncəMən kino çəkirəmadı altında yüksək səviyyəli sərginin açılışı keçirildi. Bu sərginin iştirakçıları Bakı məktəbləri Bakı-Avropa liseyinin şagirdləri olmuşdu. Artıq müsabiqə başa çatıb. Yanvar ayının 16-da biz müsabiqənin qaliblərini elan edəcəyik. Bundan sonra bizim Dövlət Film Fondunun Kino Evinin nəzdində yaradılmışCizgi filmləri aləminə səyahətadlı kinoklubda görkəmli cizgi filmləri rejiossorları əməkdar incəsənət xadimi rejissor Elçin Hami Axundovla görüş onun çəkdiyiCavanşir qızıl diskcizgi filminin təqdimat mərasimi keçiriləcək. Bundan başqa fevral ayında görkəmli rejissor Kamil Rüstəmbəyovun 85 illik yubileyini keçirəcəyik. 2 fevral onun olüm günüdür. Həmin gün Muzey Mərkəzində tədbirin açılışı olacaq. Tədbirdə Kamil Rüstəmbəyovun fotolarından ibarət sərgi, filmlərindən fraqmentlər yaxınlarının çıxışları olacaq. Kamil Rüstəmbəyov həm kino, həm televiziya sahəsinə çox böyük töhfələr vermişdir. Televiziyada hələ uzaq 60-cı illərdəAygünadlı ilk televiziya bədii filmi çəkmişdir. Bundan başqa tamaşaçılar Kamil RüstəmbəyovuAxırıncı aşırım”. “Dağlarda döyüş”, “Dərviş Parisi partladır başqa filmləri ilə tanıyır. Qeyd etmək istəyirəm ki, Film Fondu fevral ayında Azərbaycanın görkəmli kino aktrisası Leyla Bədirbəylini anacaq.

Bundan başqa biz planlaşdırmışıq ki, mart ayında Azərbaycanın görkəmli gülüş ustası Bəşir Səfəroğlunun 85 illik yubileyinə həsr olunmuş kino axşamı, xatirə gecəsi keçirək. Bundan başqa, mart ayında sevilən, kadrları maraqla izlənən kino teatr aktyoru, SSRİ xalq artisti Ələsgər Ələkbərovun 100 illiyinə həsr olunmuş tədbir keçirəcəyik.

Məşhur kinorejissor ViskontininBəyaz gecələrfilmini göstərəcəyik. Bu film görkəmli incəsənət xadimi Fyodor Dostayeviskinin eyniadlı əsəri əsasında çəkilmişdir. Bu yaxınlarda yenə Kanadadan peşəkar dirijorumuz, bəstəkarımız Niyazinin fotoşəkillərini gözləyirik. Bu sənədlər gələndən sonra böyük fotosərgi keçirəcəyik. Tədbirlər planımız, əlbəttə ki, genişdi».

 

 

Könül M.

 

Mədəniyyət.- 2010.- 15 yanvar.- S. 11.