Cizgi filmləri aləminə səyahət

 

 

Bir müddət əvvəl Azərbaycanda ilk dəfə olaraq Uşaq Kino Evi açıldı. Milli filmlərimizi qoruyan Dövlət Film Fondunun nəzdində fəaliyyət göstərən Uşaq Kino Evinin yaradılmasında məqsəd azyaşlılara incəsənətin bu sahəsinə məhəbbət aşılamaqdır.

 

Heydər Əliyev Fondu ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan kino evi uşaqlara burda «Sehrli xalat»dan tutmuş, Harri Potterə kimi bir çox film qəhrəmanları ilə görüşmək imkanı yaratmaqla əsl möcüzəli və macəralı dünya bəxş etmək istəyir. Qeyd edək ki, Uşaq Kino Evində balacalara bu sənətin sirləri öyrədiləcək. Belə ki, kino evində 8 -14 yaş arası uşaqlara öz filmlərini lentə almaq imkanı yaradılacaq. Uşaq Kino Evində ilk olaraq rejissor Firəngiz Qurbanovanın «Nuş olsun» cizgi filminin təqdimat mərasimi keçirilib. Uşaq Kino Evi özünün yeni tədbirini azyaşlılara həsr etdi. “Cizgi filmləri aləminə səyahət” adlı kinoklubda Elçin Hami Axundovun “Cavanşir” “Qızıl” cizgi filmləri azyaşlı tamaşaçıların ixtiyarına verildi. Tədbir çərçivəsində animasiya filmlərinin rejissoru, “Azanfilm” kinostudiyasının direktoru Elçin Hami Axundovla görüş baş tutdu. Eləcə məktəblilərin qatıldığı rəsm sərgisinin qalibləri bəlli oldu. Əslində isə tədbir “Mən kino çəkirəm” uşaq rəsm sərgisinə daha bir baxışla öz işinə başladı. Burada Avropa Liseyi şagirdlərinin rəsmləri nümayiş etdirildi. Rəsmlər məktəblilərin kino dünyasına özünəməxsus baxışlarını əhatə edirdi.

Tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbirin əhəmiyyətindən danışaraq Uşaq Kino Evində azyaşlı tamaşaçıları daha tez-tez sevindirmək üçün lazımi tədbirlərin həyata keçiriləcəyini vurğuladı. Cəmil Quliyev “Mən kino çəkirəm” mövzusunda uşaq rəsmləri müsabiqəsinə təqdim olunmuş 150 rəsm müəllifindən 3 qalibə diplom hədiyyələr təqdim etdi. Tədbir “Cavanşir” “Qızıl” cizgi filmlərinin təqdimatı ilə davam etdi.

Cizgi filmləri rejissoru, əməkdar incəsənət xadimi Elçin Hami Axundov isə çəkdiyi “Cavanşir” “Qızıl” animasiya filmləri barədə məlumat verdi: “Cavanşir” 2002-ci ilin istehsalıdır bu animasiya filminə 40 min ABŞ dolları vəsait xərclənib. Cizgi filminin ssenari müəllifi rejissoru özüməm. Quruluşçu rəssamı Gülşən Quliyeva, musiqi tərtibatçısı İsmayıl Dadaşovdur. Bu cizgi filmi Qarabağdan bəhs edir”.

Elçin Axundovun sözlərinə görə, ikinci animasiya filmi olan “Qızıl” 50 min ABŞ dollarına başa gəlib. Cizgi filminin ssenari müəllifi Yusif Şeyxov, bəstəkarı Mobil Babayevdir. “Qızıl” animasiya filmi 2004-cü ilin istehsalıdır.

Uşaqlar isə səbirsizliklə sehrli gördükləri ekranın canlanmasını gözləyirdilər... “Cavanşir” filmi daha maraqla izləndi. Film azyaşlı Cavanşirin erməni quldurlarına qarşı döyüşlərdə iştirakından bəhs edir.

Uşaqlarsa zalı yalnız filmləri alqışlamaqla tərk etmək fikrində deyildilər. Çünki onların cavab almaq istədikləri suallar var idi. Onların cizgi uşaqlar üçün bədii filmlərə çoxsaylı suallarını Cəmil Quliyev cavablandırdı. Növbəti tədbirdə uşaqlar “Sehrli xalat” bədii filminin qəhrəmanları ilə görüşəcəklər.

 

 

Sabutay

 

Mədəniyyət.- 2010.- 20 yanvar.- S. 10.