Dağlıq Qarabağ münaqişəsində Azərbaycana məxsus 85 musiqi məktəbi, 927 kitabxana, 40 minə qədər muzey eksponatı məhv edilib

 

Yanvarın 27-də Muzey Mərkəzində Mədəniyyət Turizm Nazirliyi Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşkilatçılığı iləSilahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunmasımövzusunda konfrans keçirildi.

 

BQXK-nın Azərbaycandakı nümayəndəliyinin üzvlərinin altı ölkəni təmsil edən beynəlxalq ekspertlərin iştirak etdiyi konfransın məqsədiSilahlı münaqişələr zaman mədəni dəyərlərin qorunması haqqındaHaaqa Konvensiyasının müddəalarına əməl olunmasının vəziyyəti, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi muzey işçilərinin biliklərinin təkmilləşdirilməsindən ibarətdir.

Tədbirdə mədəniyyət turizm naziri Əbülfəs Qarayev Azərbaycanda mədəniyyət abidələrinin qorunması istiqamətində görülən işlərdən həyata keçirilən layihələrdən danışdı.

Nazir vurğuladı ki, bu gün müzakirə edilən mövzu dövlətimiz üçün xüsusi önəm daşıyır: «Ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində 927 kitabxana, 25 muzey, 4 teatr, 85 musiqi məktəbi, 4 rəsm qalereyası yerli əhəmiyyətli digər mədəniyyət obyektləri məhv edilib. Habelə işğalçılar XI-XIX əsrə aid dünya əhəmiyyətli 40 min qiymətli nadir muzey eksponatını ölkədən çıxarıblar. Azərbaycanın əzəli əbədi ərazisi olan Dağlıq Qarabağda ətraf rayonlarda 566 tarix mədəniyyət abidəsi qalıb ki, onların da 13-ü dünya əhəmiyyətlidir».

Nazirin dediyinə görə, Azərbaycanın erməni işğalçıları tərəfindən ələ keçirilmiş ərazilərində yerləşən mədəni və tarixi abidələrin qərəzli şəkildə məhv edilməsi və dağıdılmasıSilahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, eləcə dəDünya mədəni və təbii irsinin qorunmasi haqqında” 1972-ci il YUNESKO Konvensiyasına tamamilə ziddir.

Ə.Qarayev təəssüf hissi ilə qeyd etdi ki, dünya ictimaiyyətinin diqqətini Azərbaycanın mədəni dəyərlərinə qarşı erməni təcavüzü probleminə yönəltməkdə bir sıra çətinliklərlə qarşılaşırıq: «Azərbaycan tərəfi dəfələrlə BMT Avropa Şurası qarşısında hər iki dövlətin ərazisinə Dağlıq Qarabağa müxtəlif mütəxəssis qruplarından ibarət faktaraşdırıcı missiyanın göndərilməsi məsələsini qaldırıb. Bizə məlum olmayan səbəblərdən hər iki beynəlxalq təşkilat bu işin obyektiv qiymətləndirilməsi öyrənilməsində çətinlik çəkir. Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqındaHaaqa Konvensiyasına qoşulan hətta işğalçı dövlətin milli-mədəni dəyərlərinə münasibətdə belə konvensiyanın maddələrinə əməl edən Azərbaycan tərəfi öz mənafelərinin kobud surətdə pozulması faktı ilə üzləşib».

Azərbaycanda mədəni irsin mühafizəsi və təbliğinə münasibətdə dövlət başçısının xüsusi diqqəti və təşəbbüsü nəticəsində son bir neçə ildə mədəniyyət sahəsinə ayrılan büdcə vəsaitlərinin məbləğinin artdığını bildirən Əbülfəs Qarayev dedi ki, memarlıq abidələrinin kataloqu üzərində iş başa çatdırılıb, Müasir İncəsənət Fondu yaradılıb.

Nazir Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması sahəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etdi.

Bu konfransın muzey işçilərinin təcrübəsinin artmasına töhfə verəcəyini vurğulayan Ə.Qarayev bildirdi ki, mədəni irsin qorunması ilə məşğul olan bütün tərəflərin birgə səyləri nəticəsində biz sülhün bərqərar olunmasına, bütün xalqların mədəniyyətinin çiçəklənməsinə və mədəniyyətlərarası dialoqun qorunmasına nail olacağıq.

BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Tun Vandenhuv başçılıq etdiyi qurumla bağlı ətraflı məlumat verdi, Azərbaycanda mədəni abidələrin qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirdi.

Nümayəndəliyin rəhbəri dedi ki, bu tədbir Azərbaycanda, eləcə də regionda mövcud olan mədəni sərvətlərə hörmətlə yanaşmağa və onların qorunmasına xidmət edəcək: «Bu istiqamətdə işimizi bundan sonra da davam etdirəcəyik».

Sonra BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlarının rəhbəri xanım Paskal Mej VaqnerRəqabətli prioritetlər: mədəni dəyərlərin qorunması məsələsinin humanitar hüququn gündəliyinə daxil edilməsimövzusunda çıxış etdi.

Müxtəlif mövzulara toxunan natiqlər bildirdilər ki, silahlı münaqişə şəraitində mədəni dəyərlərin qorunmasını tənzimləyən qaydalar beynəlxalq humanitar hüququn bir hissəsidir. Belə tədbirlər həmin qaydalara riayət olunmasını gücləndirməyin yollarını birgə araşdırmağa imkan yaradacaq.

İşini bölmə iclaslarında davam etdirən konfransda mədəni dəyərlərin qorunması məsələsinin humanitar hüququn gündəliyinə daxil edilməsi, silahlı münaqişə zamanı mədəni dəyərlərin mühafizəsinin məqsəd prinsipləri, mədəni dəyərlərin mühafizəsinə dair hüquqi müddəaların pozulmasının qarşısının alınması, mədəni dəyərlərin mühafizəsinə dair qaydaların implementasiyası digər məsələlər müzakirə olundu.

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət.- 2010.- 29 yanvar.- S. 11.