Küləyin nağılları

 

  Mədəniyyət paytaxtlarının dialoqulayihəsində təqdimat

  

   Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları aprelin 7-də Heydər Əliyev Sarayında “Küləyin nağılları” adlı konsert proqramına tamaşa etdilər. “Mədəniyyət paytaxtlarının dialoqulayihəsi çərçivəsində təşkil olunan konsertin ideya müəllifləri Azərbaycanın və Litvanın mədəniyyət xadimləridir. Konsertdə hər iki ölkənin incəsənət ustaları müxtəlif xalqların milli rəqslərini məharətlə ifa etdilər.

   Azərbaycanın ən yaxşı rəqs qrupları - Dövlət Rəqs Ansamblının, Dövlət Akademik Opera Balet Teatrının, Pantomima Teatrının və Bakı Xoreoqrafiya Məktəbi kollektivinin, eləcə də litvalı rəqqasların ifa etdikləri dünya xalqlarının nadir rəqs musiqi nümunələri, həmçinin milli rəqslərimiz Azərbaycan muğamının həzin sədaları tamaşaçıları riqqətə gətirdi. Odlar Yurdunun tarixin ənginliklərindən süzülüb gələn mənəvi dəyərləri ilə dünya mədəniyyətinin qiymətli nümunələrindən olan musiqi rəqslərin yüksək peşəkarlıqla ifa olunduğu.

 

 

  Mədəniyyət.- 2011.- 15 aprel.- S. 15.