«Kitabın göy qurşağı»

 

  Uşaq Kitabxanasının keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

  

   F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar keçirdiyi «Kitabın göy qurşağı» adlı müsabiqə başa çatıb. Kitabxanadan verilən məlumata görə, müsabiqənin «Sehrli fırça» nominasiyası üzrə Nərminə Məhərrəmova, Tariyel Hacıyev, Əli Nəzərov, «Orijinal» nominasiyası üzrə Qızxanım Əliyeva, Fərid Əhmədzadə, Rüfət Əliyev, «Qızıl əllər» nominasiyası üzrə Faiq Gülmalıyev, Günay Məlikova və Əli Əliyev qalib elan ediliblər.

  

 

   G.Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 20 aprel.- S. 5.