Cabbar Qaryağdıoğlunun 150 illiyi qeyd olundu

 

   Aprelin 23-də MədəniyyətTurizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Cabbar Qaryağdıoğlunun anadan olmasının 150 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.

  

   Gecəni Azərbaycan Dövlət Opera Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev açaraq musiqi tariximizdə əvəzsiz xidmətləri olan Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığından danışdı. AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Zemfira Səfərova Azərbaycan musiqisinin, muğam sənətinin inkişafında müstəsna xidmətləri olan Cabbar Qaryağdıoğlunun xatirəsinə həsr olunmuş yeni kitabın - “Şərq musiqisinin peyğəmbərimonoqrafiyasının işıq üzü gördüyünü qeyd etdi:Musiqi tarixində elə bir şəxs, elə bir sənətkar olmayıb ki, sağlığında ona “Şərq musiqisinin peyğəmbərikimi uca bir ad verilsin. XX əsrin 20-ci illərində Bakıda yaşayan böyük rus şairi Sergey Yesenin məclislərin birində Cabbar Qaryağdıoğlunun ecazkar səsini eşidir, o səsə məftun olur onun şərəfinə bədahətən şeir deyərək xanəndəni “Şərq musiqisinin peyğəmbəri” adlandırır.

   Gecədə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov və başqaları xanəndəlik məktəbinin “babası” Cabbar Qaryağdıoğlunun muğam sənətinin inkişafında, musiqi irsimizin qorunub saxlanılmasında tarixi xidmətlərindən danışdılar.

   Yubiley gecəsində Cabbar Qaryağdıoğlunun bəstələdiyi nadir mahnılar səsləndirildi. Xalq artisti Qəndab Quliyeva, Əməkdar artist Zabit Nəbizadə, OperaBalet Teatrının solistləri Səbuhi İbayev, Almaz Orucova, gənc xanəndələr İlkin Əhmədov, Güllü Muradova Cabbar Qaryağdıoğlunun repertuarından mahnılar ifa etdilər.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2011.- 27 aprel.- S. 6.