“O olmasın, bu olsun

 

   Məşhur operettanın 100 illik yubileyi qeyd olundu

  

   İlk dəfə 1911-ci ilin 25 aprelində tamaşaçılara nümayiş etdirilən “O olmasın, bu olsunoperettasının 100 illik yubileyi dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyində qeyd olundu.

  

   Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov operettanın bu gün aktual olduğunu söylədi: “Həmin dövrün qəzetlərindən biri əsərin Azərbaycan həyatının güzgüsü olduğunu yazırdı. 1916 və 1956-cı illərdə kino həyatını yaşayan əsər dəfələrlə tamaşaya qoyulub. Operetta bu gün tamaşaçılar üçün maraqlıdır əsərə tələbat azalmayıb”. Azərbaycan fırça ustalarının da əsərə biganə qalmadığını söyləyən S.Fərəcov “O olmasın, bu olsuntamaşasından müxtəlif obrazların rəssamların yaradıcılığında yer aldığını dedi. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin ölməz əsərlərinin hər zaman böyük tamaşaçı rəğbəti qazandığını vurğuladı. Qeyd olundu ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Üzeyir dünyasılayihəsi dahi bəstəkarın xatirəsinin əbədiləşdirilməsinə böyük töhfədir.

   Tədbirdə Akademik Opera Balet Teatrının rejissoru Hafiz Quliyev, professor Şirməmməd Hüseynov başqa qonaqlar çıxış etdi. Tədbir iştirakçıları “O olmasın, bu olsunəsəri ilə bağlı tarixi sənədlər, əlyazmalar, fotolar, proqramlar nümayiş olunan sərgini maraqla qarşıladılar.  

 

 

   Yeganə

 

   Mədəniyyət.- 2011.- 27  aprel.- S. 14.