Zərifə Əliyevaya həsr edilmiş kitab sərgisi

 

   M.F.Axundov adına Milli Kitabxanada görkəmli Azərbaycan oftalmoloqu, akademik, tibb elmləri doktoru, professor Zərifə Əliyevaya həsr edilmiş kitab sərgisi açılıb. «Görkəmli oftalmoloq» adlı sərgidə məşhur alimin həyat fəaliyyətini əks etdirən materiallar nümayiş olunur. Sərgi bir həftə davam edəcək.

   Qeyd edək ki, akademik Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunu bitirib, Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib. 1960-cı ildə namizədlik, 1977-ci ildə doktorluq dissertasiyası müdafiə edib, Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru olub. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. 1985-ci il aprelin 15-də vəfat edib.  

 

 

   Gülər

 

   Mədəniyyət.- 2011.- 29 aprel.- S. 4.