Milli Kino Günü qeyd edildi

 

   Avqustun 2-də Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Gününə həsr olunmuş tədbir keçirildi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirin iştirakçıları əvvəlcə maraqlı sərgi ilə tanış oldular.

  

   Sərgidə müxtəlif illərdə çəkilmiş kinofilmlərdə istifadə edilən iri kiçik həcmli rekvizitlər təqdim olundu. SərgininMilli kinomuzda geyimlərbölməsi bayram mərasiminə xüsusi rəng qatdı.

   Tədbir Azərbaycan kinosunun ötən bir ildə keçdiyi yolu əks etdirən videoçarxın nümayişi ilə başladı. Videoçarxda bu il təqdim olunan bədii, sənədli cizgi filmləri, kino xadimlərinə həsr olunmuş xatirə gecələri, bu il ilk dəfə olaraq Kann kinofestivalında Azərbaycan pavilyonunun açılışı s. əlamətdar tədbirlər əksini tapmışdı.

   Tədbirdə çıxış edən mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev kinomuzun keçdiyi inkişaf yolundan danışdı: “Uzun illər Azərbaycan kinosu ulu öndər Heydər Əliyevin xüsusi qayğısı sayəsində inkişaf edib. Bu gün cənab prezident İlham Əliyev tərəfindən kinomuzun inkişafına diqqət qayğı göstərilir. Danılmaz faktdır ki, son dövrlərdə milli kino sənayesində canlanma hiss olunur. Mədəniyyət Turizm Nazirliyinin kinomuzun inkişafı ilə bağlı xüsusi tədbirlər planı həyata keçirilir yeni layihələr hazırlanır”.

   Sonra Vaqif Əliyev Mədəniyyət Turizm Nazirliyinin pul mükafatı ilə təltif olunmuş kino işçilərini təbrik etdi.

   Tədbirdə Mədəniyyət Turizm Nazirliyi tərəfindən gənclər üçün keçirilən “Bu meydan, bu ekran - 2011” kino layihəsinin qalibləri elan olundu.

   Mədəniyyət Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov nazirliyin gənclərə hər zaman diqqət ayırdığını bildirərək qalibləri təbrik etdi.

   Qeyd edək ki, müsabiqənin yekunlarına əsasən, “Orman prodakşn” şirkətinin “Mayak”, “Art Qlobal prodakşn” şirkətinin “İşığa doğru”, “EXA prodakşnprodüser mərkəzinin “Paralel həyat“ və “Butafilmkino şirkətinin “Qaranquş yuvası” layihələri “Bu meydan, bu ekran - 2011” kino layihələri müsabiqəsində qalib gəlib.

   Tədbirin sonunda rejissor Yavər Rzayevinİlahi məxluq” filmi tamaşaçılara təqdim olundu.

  

 

   Yeganə

 

   Mədəniyyət.- 2011.- 3 avqust.- S. 2.