Duyğuların incə ifadəsi

 

 Pantomima dünyada geniş yayılan və maraqlı özəllikləri ilə seçilən teatr növüdür.

 

 Pantomima sözsüz tamaşadır. Bu teatrlarda səhnə əsəri yalnız hərəkət vasitəsilə təqdim olunur. Burada aktyorlar üz mimikaları, əl-qol və bədən hərəkətləri ilə fikirlərini, tamaşanın məzmununu izləyiciyə çatdırır. Bu baxımdan pantomima teatrı aktyorlarından yüksək ustalıq tələb olunur. Tamaşaçıların da bu tamaşalara marağı böyükdür. Hərəkətin sehrinə düşmək, sözün hərəkətlə ifadəsi insanlara həqiqətən zövq verir.

  

   “Mim” sənəti

  

   Pantomima (pantomimes) yunan dilində “təqlid etmə”, “yamsılama” mənasını verən “mimos” sözündən əmələ gəlib. Pantomima bir anlamda universal teatr dili olaraq qəbul edilir. Bunu daha aydın izah etmək üçün pantomim ifadələrdən bir neçəsini təqdim edirik. Pantomima tamaşasında bir əlin ürək üzərinə qoyulması «eşq» duyğusunu ifadə edir. Gözlər üzərinə yerləşdirilən əllərin aşağıya doğru çəkilməsi «gözyaşı» təəssüratını verir. Sıxılmış yumruqların baş üzərində yellənməsi «hirs»i izah edir, qolların çarpaz olaraq aşağıda tutulması «arzu»nu dilə gətirir. Ağzını və gözünü böyük açmaq qarışıqlığı ifadə edir.

   Pantomimanın vətəni Yunanıstan sayılır. Mim antik teatrda xüsusi nümayiş növü olub. Onun əsasını məişət və satirik səhnələr təşkil edir. Bu teatr ilk vaxtlarda xalq tərəfindən yaradılıb. Qədim mim sənətində dialoq və monoloqlardan istifadə olunub. Lakin “vokal” mimlər də mövcud idi. Bu mimlərin əsasını rəqs təşkil edirdi. Aktyorlar maskasız oynayırdılar və tamaşalar meydanda göstərilirdi. İlk dəfə bu üslubun professional səhnədə göstəricisi Marsel Marso olub.

  

   Gülməli, qəmgin «Bip»

  

   XX əsrin 20-ci illərində sözsüz, qrimsiz dekorasiyasız tamaşalar meydana gəldi. Bu tamaşalar mimdən səslərdən ibarət idi. Bütün bunlar Jak Koponun «Köhnə göyərçin yuvası teatrı»nda baş verdi. Onun başladığı işi sonralar Şarl Düllen davam etdirdi. Pantomima sənətində daha böyük addımı Jan Lui Barro ataraq, «Gizlini aşkar etmək» devizi altında pantomima axtarışları apardı. Sözçülüyə qarşı çıxan sənətkarlardan biri Etyen Dekrü olub. O, Parisdə mim sənətinə dair məktəb yaradır tələbələri ilə birgə səhnəciklərində iştirak edir. Adları çəkilən Jan Lui Barro Marsel Marso onun ən məşhur tələbələridir.

   M.Marso 1947-ci ildə mim aktyorlarının truppasını yaradır. Onun ən tanınmış obrazı gülməli, qəmgin «Bip»dir. M.Marso bu obrazla bağlı yaratdığı silsilə tamaşaları ilə məşhurdur. 1949-cu ildə M.Marso öz teatrını yaradır. Onun yaratdığı dörd dəqiqəlik «Uşaqlıq, gənclik, qocalıq ölüm» tamaşası sənətçini pantomima ustası kimi şöhrətləndirir.

   Pantomimada maska ya makiyaj maskadan istifadə olunur. Aktyorlar vücudlarının hər bir hissəsini sərbəst şəkildə hərəkət etdirmək, plastik olmaq üçün gimnastika ilə məşğul olur, tamaşaçının səhnə əsərindən zövq alması üçün gərgin məşqlər edirlər.

  

   “Him-Cim”dən Pantomima Teatrına

  

   Azərbaycanda pantomima teatrının əsasını Mədəniyyət İncəsənət Universitetinin Səhnə hərəkəti xoreoqrafiya kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə qoyub. Hazırda Dövlət Pantomima Teatrı kimi fəaliyyət göstərən sənət ocağı 1994-cü ildə «Dəli yığıncağı» pantomima teatr-studiyası kimi yaranıb Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib. 2000-ci ildə teatr-studiyaya dövlət statusu verilib. Bu teatr Azərbaycan tamaşaçısına teatr sənətinin bir qolu olan pantomima janrını tanıtmaq sevdirmək missiyasını üzərinə götürüb.

   Teatr Xadimləri İttifaqının «Dəli yığıncağı» pantomima teatrının təşəbbüsü ilə “Him-Cimadlı I II Beynəlxalq pantomima festivalları keçirilib. Bu teatrın aktyorları məşhur gürcü rejissoru Robert Sturuanın tələbələri olublar. Teatr bu günə qədər bir çox uğurlu işlərə imza atıb. Yaradıcı heyət Gürcüstan, Rusiya, Fransa, Türkiyə, Bolqarıstan, İran, Almaniya, Avstriya s. ölkələrdə festival müsabiqələrdə iştirak edib. Truppa «Ümid», «Pantomima buketi», «Şərqə səyahət», «Manqurt», «Dulusçu», «Eşq», «Kölgə», «Korlar», «Dejavyu», «Adsız» s. tamaşalar hazırlayıb.

  

   Qələm-mürəkkəb, vərəq, ay-ulduz məhəbbəti

  

   Dövlət Pantomima Teatrının aktyorları tamaşaçıları hər dəfə səhnə plastikaları ilə təccübləndirirlər. Teatrın baş rejissoru Bəxtiyar Xanızadənin quruluşunda V.Şekspirin sonetləri əsasında hazırlanan «Eşq» tamaşasını misal gətirmək kifayətdir. Bu tamaşada aktyorlar öz oyunları ilə havada uçan kağız vərəqlərin, ayla ulduzun sonda qələmlə mürəkkəbin məhəbbətini göstərirlər. Bu tamaşalarda başlıca cəhət aktyor plastikasıdır. Tamaşaçıya isə aktyorların ifasında vərəqlərin, ayla ulduzun, qələmlə mürəkkəbin məhəbbətini, gözəl musiqinin müşayiəti ilə möhtəşəm rəqsi izləmək qalır.

   Teatrın direktoru aktyoru Elman Rəfiyev pantomima sahəsində çalışan bu sahədə böyük təcrübəsi olan sənətçidir. Onun sözlərinə görə, son vaxtlar bu sənətə gənclərin marağı artıb: «Pantomimanı sevən istedadlı gənclər çoxdur. İndi aktyorlar pantomima tamaşası üçün özləri əsər yazmalı, onu səhnələşdirməlidirlər. Onlara özlərini inkişaf etdirmək üçün əslində geniş meydan verilir. Adətən deyirlər, pantomima tamaşaları az hazırlanır. Amma nəzərə almaq lazımdır ki, bu tamaşaları hazırlamaq üçün xeyli vaxt lazımdır. Çünki bu tamaşalar plastik bədən üzərində qurulur. Bu bədənin tamaşaya uyğun dili tapılmalıdır ki, o biri tamaşalardan fərqlənsin. Bu səbəbdən qısa vaxt ərzində pantomima tamaşa hazırlamaq mümkün deyil. Bir ilə ən yaxşı halda üç tamaşa təhvil verə bilərik”.

   Biz tamaşaçı olaraq pantomima ustalarından yeni səhnə əsərləri gözləyirik.

  

 

   Gülər Nizamiqızı

 

  Mədəniyyət.- 2011.- 3 avqust.- S. 12.