Mədəniyyət ziyası: Məhəmmədağa Şahtaxtlı

 

   O, Azərbaycanda Qərb standartları ilə çap olunan ilk Şərq qəzetini - “Şərqi-Rus” qəzetini yaratdı. Mübaliğəsiz demək olar ki, bu, Məhəmmədağa Şahtaxtlının Azərbaycan mədəniyyəti tarixində ən böyük xidmətlərindən biridir.

  

   XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Azərbaycanın, mədəniyyət, ictimai fikir tarixində özünəməxsus yeri, dəst-xətti olan şəxsiyyətlərdən biri tanınmış publisist, şərqşünas, dilçi, pedaqoq və ictimai xadim Məhəmmədağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtlıdır.

   Məhəmmədağa Şahtaxtlı 1846-cı ildə qədim Naxçıvan mahalının Şahtaxtı kəndində anadan olub. Ev şəraitində bir neçə il təhsil alan Məhəmmədağa Naxçıvan şəhər məktəbində təhsilini davam etdirir. Bir müddət sonra Tiflisdə kişi gimnaziyasına daxil olur. Burada özünü hazırlıqlı, elmlərə böyük həvəsi olan gənc kimi göstərir. 1863-cü ildə Tiflis gimnaziyasını müvəffəqiyyətlə bitirib arzularının dalınca Peterburqa gedir.

   Məhəmmədağa Peterburqda alman dilini öyrənir. Sonra o, Almaniyanın Leypsiq Universitetinə daxil olur. 1869-cu ildə həmin universitetin fəlsəfə, tarix hüquq fakültəsini yüksək qiymətlərlə bitirir.

   Elmlərə dillərə hədsiz həvəs göstərən Məhəmmədağa Şahtaxtlı daha geniş üfüqlərə can atır. Avropanın elm, mədəniyyət mərkəzi sayılan Parisə gəlir, burada 1873-cü ildə Şərq dilləri məktəbində mühazirələr dinləyir, fransız dilini öyrənir. Eyni zamanda Avropa elm mədəniyyəti ilə yaxından tanış olur. Gənc azərbaycanlının bilik təfəkkürü ona şöhrət qazandırır. Parisin ali məktəblərindən birində ona dərs demək təklif olunur. Lakin atasının vəfatı Məhəmmədağanı vətənə dönməyə məcbur edir.

   Vətənə qayıtdıqdan sonra Məhəmmədağa mətbuatda Şahtaxtlı imzası ilə özünəməxsus, orijinal yazıları ilə tanınıb məşhurlaşır. Çox keçmir ki, onu Moskvaya dəvət edərəkMoskovskiye Vedomostiqəzetində işləməyi təklif edirlər. Bu dövr onun məhsuldar yaradıcılığında xüsusi bir mərhələ təşkil edir.

   1880-ci illərin sonunda ŞahtaxtlıNovoye VremyaPeterburqskye Vedomostiqəzetlərinin Yaxın Şərq üzrə müxbiri kimi ərəb ölkələrinə, İrana Türkiyəyə ezam olunur. Sonra isə həmin mətbuat orqanlarının İstanbulda xüsusi müxbiri təyin olunur.

   1896-cı ildə Məhəmmədağa eyni zamanda dörd dildə: Azərbaycan, türk, fars ərəb dillərində qəzet nəşr etdirmək üçün Rusiya Daxili İşlər Nazirliyinə Qafqaz Senzor Komitəsinə ərizə ilə müraciət etsə , müraciətləri rədd edilir. 1899-cu ildə Şahtaxtlı yenidən Fransaya qayıdır. O illərdə Şahtaxtlının fransız dilində çap etdirdiyi kitablar ona böyük hörmət qazandırır.

   O, eyni zamanda Parisin məşhur Sorbon Universitetində, Beynəlxalq Fonetika Cəmiyyətində eləcə Fransa Elmlər AkademiyasınınAsiya cəmiyyətişöbəsində çalışır. Əvəzsiz fəaliyyətinə görə 1901-ci ildə Fransa Xalq Maarif Nazirliyi tərəfindən xüsusi diplomla təltif olunur.

  

   Şərqi-Rus”un əks-sədası

  

   Bir çox arzularını reallaşdıran Şahtaxtlı 1902-ci ildə artıq Vətənə qayıdır. Doğma Şahtaxtı kəndindəki ata mülkünü satır, Tiflisə köçür burada müasir bir mətbəə yaradır. 1903-cü il martın 30-da XX əsrin Azərbaycan dilində ilk qəzeti olanŞərqi-Rus”u nəşr etdirməyə başlayır. Şərqi-RusAzərbaycanda Qərb standartlarında çap olunan Şərq qəzeti idi. Bu qəzetin əsas məqsədi türk-müsəlman əhalisini maarif mədəniyyətə cəlb etmək idi. Mübaliğəsiz demək olar ki, bu qəzetin yaradılması Şahtaxtlının Azərbaycan mədəniyyəti tarixində ən böyük xidmətlərindən biridir.

   Az müddət ərzindəŞərqi-Rusbütün türkdilli xalqların qəzeti kimi şöhrət qazanır. Qəzet yaxın-uzaq mətbuatın diqqətini cəlb edir. Şahtaxtlı bu qəzetdə aydın dillə, milli təəssübkeşliyi ilə millətin dərdi-sərindən söz açır. OnunŞərqi-Rus”daQəzetnəfəsimzası ilə dərc etdirdiyi 50-dən artıq məqaləsi dövrünün aynası kimi cəmiyyətdəki geriliyi, avamlığı bunun səbəblərini cəsarətlə göstərir, mövhumatçılığı, dini fanatizm, qadın əsarətini ustalıqla damğalayırdı.

   Şahtaxtlı adı məhz bu illərdə bütün Qafqazda, eləcə Rusiyada müsəlmanların ictimai ideyalar uğrunda mübariz bir qələm sahibi kimi tanınır, ziyalılar arasında dildən-dilə gəzirdi. Şərqi-Rusqəzeti öz səhifələrində Şərqdə çarizmin yeritdiyi müstəmləkəçilik siyasətini özünəməxsus ustalıqla açıb göstərirdi. Buna görə qəzeti gözdən salmaq istəyənlər Peterburqa, çar Rusiyasının hakim dairələrinədonos”lar göndərirdilər.

   Tezliklədonos”çularınəməyibəhrə verir. Şərqi-Rus”a qarşı mübarizə daha da genişlənir. 1905-ci ilin əvvəlində Qafqaz canişini Vorontsov belə bir məlumat alır: “Keçən ilŞərq-Rus”da elə məqalə dərc olunmuşdur ki, bunun üçün Rusiyada hər hansı, hətta senzurasız nəşr olunan bir qəzeti belə bağlayıb, onun redaktorunu sürgün edərdilər”...

  

   Azad qələm

  

   Şahtaxtlı yaratdığı qəzetin ətrafına ilk gündən dövrünün işıqlı, zəkalı qələm sahiblərini toplayırdı. Belə mötəbər ədiblərdən biri demokrat Cəlil Məmmədquluzadə idi.

   Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanımMirzə Cəlil haqqında xatirələrimkitabında yazır: “1903-cü ildə Tiflisdə Mirzə Cəlil təsadüfən Məhəmmədağa Şahtaxtlı ilə görüşüb. Məhəmmədağa o zaman nəşr etdiyiŞərqi-Rusqəzetində Mirzə Cəlili işləməyə cəlb etmiş, o da razılıq verib qalmışdır”.

   Sonralar Mirzə Cəlil yazırdı: ”Onu deyə bilərəm ki, o əsrdə o şərait içində heç bir kəsin cürəti ola bilməzdi ki, qələmi ilə azad olsun hökumətin istibdadı ilə mübarizə aparsın... Hətta yadımdadır ki, müsəlman arvadlarına savadın təhsilin lüzumu barəsində Məhəmmədağa tərəfindən qəzetdə yazılmış bir məqalədəqadın azadlığıkimi iki kəlməmin üstə müsəlmanlar içində böyük danışıq törədi. O ki qaldı siyasi məsələlərə, bu barədə dilim lal olsun: haman əsrin senzorunun tələbatı o qədər ağır idi ki, siyasət nədir ki, siyasətin qorxusundan “s” hərfini yazmağa cürət eləmirdik...”

   1905-ci ilin əvvəllərində Şahtaxtlı öz mətbəəsini Cəlil Məmmədquluzadəyə Ömər Faiq Nemanzadəyə verir özü Tiflis gimnaziyasında dərs deməyə başlayır.

   Şahtaxtlı 1907-ci ildə Naxçıvan mahalından Rusiyanın II Dövlət Dumasına deputat seçilir. Onun məqsədi müstəmləkə şəraitində yaşayan xalqının dərdlərini çarizmin mərkəzi tribunasından söyləmək idi.

   Duma buraxıldıqdan sonra Şahtaxtlı Peterburqda qalıbRosiyyaqəzeti ilə əməkdaşlıq edir. 1908-1918-ci illərdə isə əsasən xaricdə Türkiyə, İran, İraqda yaşayır.

  

   Azərbaycanın ilk professoru

  

   1919-cu ildə vətənə qayıdan Şahtaxtlı Bakı Dövlət Universitetinin yaradılmasında fəal iştirak edir. Azərbaycanın ilk ali məktəbində Şərq dilləri ədəbiyyatından mühazirələr oxuyur. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin işində yaxından iştirak edir. Sovet hakimiyyəti illərində Azərbaycanda ilk professor adına layiq görülən o olur. 1922-ci ildə ictimai-siyasi pedaqoji fəaliyyəti nəzərə alınaraq Şahtaxtlıya fərdi pensiya təyin olunur. Məhəmmədağa Şahtaxtlı 1931-ci il dekabrın 12-də, 85 yaşında Bakıda vəfat edir.

   Məhəmmədağa Şahtaxtlının yaratdığıŞərqi-Rusqəzeti milli mətbuatımızın ən möhkəm sütunlarından biri oldu. Onun xalqı, milləti qarşısında böyük xidmətləri zaman keçdikcə daha aydın görünəcək o, hər zaman xatırlanacaq.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2011.- 3 avqust.- S. 15.