İgidlik və cəsurluq rəmzi - atüstü milli oyunlarımız

 

   Teymur Bünyadov: “Çövkən oyununun üç min illik tarixi var

  

   Min illər əvvəl Çövkən, Sürpapaq, Sürəyçi, Baharbənd, Yaylıq, Piyaləox, Gərdəkqaçırdı kimi milli atüstü oyunlarımız sözün əsl mənasında at oynadardı. Xalqın sevə-sevə tamaşa etdiyi bu oyunlarda igidlər hünər göstərər, el-obada ad-san qazanardı. Ötən əsrlərdə tarixin səhnəsindən az qala silinəcək atüstü milli oyunlarımızı XXI əsrdə yenidən gündəmə gətirməklə milli-mənəvi dəyərlərimizə sahib çıxdığımızı sübut etdik.

  

   Söhbət atüstü oyunlardan gedirsə, əvvəlcə Azərbaycanda atçılığın tarixinə qısa nəzər salaq.

   Tarixin atası” sayılan Herodot yazırdı ki, qədim Azərbaycan dövləti olan Midiyada çox şahanə atlar saxlayırdılar. Tapılan arxeoloji materiallar da bunu söyləməyə əsas verir. Hələ Tunc dövrünün son mərhələsində Azərbaycan ərazisində yaşayan insanlar atları yəhərləmiş, onları özləri üçün etibarlı dost saymışlar. Akademik B.A.Kaufman respublikamızın ərazisindən tapılan yüyənləri eramızdan öncə 1-ci minilliyin əvvəllərinə aid edir. Həmin dövrə məxsus tapıntı olan yəhər qaşı, yəhər yanı, tunc zınqırovlar və digər bu kimi əşyalar sübut edir ki, Azərbaycan atçılığının sorağı çox-çox əski çağlardan gəlir. Tarixi sənədlər vətənimizin Şərqdə ən böyük atçılıq ölkələrindən, atların ən qədim əhlilləşdirmə ocaqlarından olduğunu göstərir.

   Qədim yunan tarixçisi Strabon Albaniya atlarının çox hündür olduğunu yazır. Təbii ki, Azərbaycan atları uzun əsrlər boyu müəyyən təbii-tarixi şəraitin təsiri nəticəsində, həyat tələbatı sayəsində dəyişmiş, bir sıra yerli at cinsləri yaranmışdır. Bunlardan Qarabağ, Qazax (Dilboz), QubaŞirvan atları geniş yayılmışdır. Tarixi mənbələrin verdiyi məlumatlara görə, Makedoniyalı İsgəndər, İran hökmdarı Dara kimi sərkərdələr öz süvari qoşunlarını Qarabağ atları hesabına gücləndirmişlər.

   Qarabağ atının tarixi şöhrətini S.P.Usupov belə qiymətləndirmişdir: “İngilis təmizqanlı atı Avropa atçılığında nə kimi rol oynamışsa, Qarabağ atı da Asiya atçılığının inkişafında eyni əhəmiyyət kəsb etmişdir”. At üzrə mütəxəssis D.Dubenski XIX əsrin sonlarında yazır ki, Cənubi Qafqazda bir sıra at cinsləri olsa da, əslində onların hamısı Qarabağ atının törəməsidir.

   R.X.Səttarzadə 1960-cı ildə nəşr olunan “Azərbaycan atçılığı" kitabında yazır: “Azərbaycan at cinsləri qədimdən xalq seleksiyası, sonralar bəzi Şərq qanlı atların qanının qarışdırılması nəticəsində formalaşıb. Bura Qarabağ atı, Dilboz atı, Quba yorğası və Şirvan atı daxildir".

   Hazırda dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusdur ki, bunlar daDilboz” və “Qarabağ” atlarıdır.

  

   Tarixdə çövkənin izləri

  

   Qədim zamanlardan yaxın Şərq və Orta Asiya ölkələrində atüstü oyunlar igidlik və cəsurluq rəmzi sayılırdı. Bu oyunlar arasında ən məşhuru çövkəndir. “Çövkən” (“Çovgan”, “çoğan”) sözü Azərbaycanda “ağaccıq” kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar.

   Əməkdar rəssam Elçin Muxtar ElxanEl-oba oyunu, xalq tamaşası” kitabında yazır: “Çövkən IX-XVII yüzilliklərdə Azərbaycanda geniş yayılmış, əsasən at üstündə, qismən atsız oynanılan qədim tonton oyunuburada istifadə olunan ucu əyri uzun dəyənəyin adıdır. Musiqinin müşayiəti ilə keçirilən bu oyunda atları rəng etibarı ilə bir-birindən fərqli olan hər dəstədə 6-8, bəzən isə daha çox atlı iştirak edirdi. Oyunda əsas məqsəd dəyənəklə rəqib qapısına top vurmaq olmuşdur. Əhalinin müxtəlif təbəqələri arasında geniş şöhrət tapmış, bəzən isə kişilərlə yanaşı, qadınların iştirakı ilə keçirilən bu oyunun əski qaynaqlarda “kuyiçövkən”, “çomaq oyunu” və “çövkənbazi” adları ilə qeyd edilən başqa variantları da olmuşdur”.

  

   “Çövkənin mahiyyəti gəncləri qəhrəmanlıq ruhunda tərbiyə etməkdir”

  

   Akademik Teymur Bünyadov mövzuyla bağlı dəyərli fikirlərini bizimlə bölüşdü:

   - Çövkən oyunu Azərbaycan xalqının ən qədim və son dərəcə maraqlı oyunlarından biridir. Burada cəngavərlik, igidlik, gücünü, hünərini göstərmək əsas yer tutur. Çövkən oyununun 3 min illik tarixi var. Bu oyunu şahların, xanların, bəylərin məclislərində oynayardılar.

   Azərbaycanda atçılıq qədim zamanlardan geniş inkişaf edib. Azərbaycanda iki məşhur at cinsi var: “QarabağDilboz” at cinsləri. Bu atların vasitəsi ilə yaxşı çövkən oyunu oynanılırdı. O zamanlar türklər at belində Sibirdən Avropanın dərinliklərinə qədər getmiş, qələbə çalmış, uğur qazanmışlar. Ona görə deyirlər ki, at muraddır, arzudur. Atı bəzən qanadlı hesab edirlər. Çünki at insanın xəyalında, düşüncəsində əlçatmaz, ünyetməzdir. Çövkən oyununun mahiyyəti gəncləri qəhrəmanlıq ruhunda tərbiyə etməkdir. Vaxtilə bizim toylarımızda da cıdırlar olub, oğlan evindən qız evinə at sürüblər, orada da çövkən oyununun müxtəlif ünsürləri olub. Kim birinci yeri tutubsa, nəmər alıb.

  

   Avropanı məftun edənZaman

  

   Yadıma bir əhvalat düşür. 1949-cu ildə Ağdam ərazisindəki Göytəpədə Qarabağ at zavodu təşkil olunmuşdu. Bu at zavodununZamanadlı qızılı rəngli ayğırı 1956-cı ildə SSRİ hökuməti tərəfindən İngiltərə kraliçası Yelzavetaya bəxşiş verildi. Bu at İngiltərədə böyük maraq doğurmuş mütəxəssislər onun haqqında yüksək fikirlər söyləmişdilər. Bu at haqqında mütəxəssis Cuanita Berlin yazır ki, “Zamanİngiltərədə böyük marağa səbəb oldu. Biz onun gözəl rənginə mülayim təbiətinə məftunuq. Biz onunla fəxr edirik. Mən heç vaxt böyük üstünlüyə malik olan belə ata minməmişəm. O, ərəb atından da üstündür...”.

   Çövkən oyunlarının Azərbaycanda çox qədimdən məşhur olduğunu tarixi faktlar da təsdiqləyir. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyununun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir.

   Azərbaycan ədəbiyyatında incəsənətində çövkənin izlərinə çox rast gəlinir. "Kitabi-Dədə Qorqud" boylarından Nizami GəncəvininXosrov Şirinəsərindən məlum olur ki, Azərbaycanda çövkənin tarixi VI-VII əsrlərə bəlkə ondan da əvvələ gedib çıxır. Ədəbi nümunələrdən məlum olur ki, Azərbaycanda çövkən oyununda təkcə kişilər deyil, qadınlar da iştirak edib. NizamininXosrov Şirinpoemasında Şirin çövkən meydanında Sasani hökmdarı Xosrov Pərvizdən geri qalmır. Şirin ilə bərabər qızların da bu oyunda iştirakı təsvir edilir.

   Çövkənin qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri orta əsrə aid olan miniatürlərimizdə bu oyunun dönə-dönə təsvir edilməsidir.

   Şərqdə olan digər milli oyunlarımız kimi çövkən oyununun da daha uzaq regionlara yayılmasında inkişaf etdirilməsində ingilislərin böyük rolu olmuşdur. Belə ki, XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika Avropa ölkələrində geniş yayılmışdır.

   Məhz ingilislərin təşəbbüsü ilə bu oyun "polo" adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir.

   XX əsrin 50-ci illərinin sonunda başda çövkən olmaqla bir sıra milli oyunlarımız bərpa edilmişdir. Bu sahənin tədqiqatçısı olan Fikrət Hüseynov 10 xalq oyununu tarixi sənədlər folklor materialları əsasında bərpa edib, oyun qaydalarını hazırlayıb, kitabça şəklində çap etdirib.

   Atüstü milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə maraq oyadılması məqsədilə artıq bir neçə ildir ki, ölkəmizdə ənənəvi olaraq çövkən milli oyunları keçirilir. Mədəniyyət Turizm Nazirliyinin Respublika Atçılıq Turizm Mərkəzi tərəfindən bu milli oyunlarımızın təbliği sahəsində işlər görülür. Atüstü milli oyunlarımızı diriltmək isə keçmişimizlə bu günümüz arasında əlaqələri möhkəmlətmək, zəngin milli-mənəvi dəyərlərimizi təbliğ etməkdir.

  

   Təranə Vahid

 

  Mədəniyyət.- 2011.- 7 dekabr.- S. 7.