Rostropoviçlərin ev-muzeyindəKamera musiqi gecəsi

 

   Dekabrın 9-da Leopold Mstislav Rostropoviçlərin Bakıdakı ev-muzeyində V Mstislav Rostropoviç Festivalı çərçivəsindəKamera musiqi gecəsikeçirildi. Tədbiri giriş sözü ilə ev-muzeyin direktoru Şeyla Heydərova açaraq beynəlxalq festivalın qonaqlarını musiqiçinin evində görməyə şad olduğunu bildirdi. Mstislav Rostoropoviç Fondunun prezidenti Olqa Rostropoviçə dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirdi. Sonra festivalın beş illik tarixini əhatə edən slayd-şou nümayiş olundu. Tədbirdə çıxış edən Olqa Rostropoviç atasının xatirəsini yad etməyə gələnlərə minnətdarlığını bildirdi. O, 2007-ci ildə Bakıda keçirilən ilk festivalla bağlı öz təəssüratlarını danışdı: “Birinci həmişə çətin olur. İndi artıq beşinci festival keçirilir. Düşünürəm ki, ilbəil festivalın əhatə dairəsi daha da genişlənəcək”.

   Tədbirdə Polşa səfirliyinin nümayəndəsi, Bakıda fəaliyyət göstərən “Vişnevskaya- Rostropoviçfondunun prezidenti S.Məmmədov, bəstəkarlar O.Zülfüqarov, S. İbrahimova, BMA-nın professoru Z.Quliyeva, L. və M. Rostropoviçlər adına 21 saylı musiqi məktəbinin direktoru R.Əzizov və başqaları iştirak edirdilər.

   Polşa səfirliyinin nümayəndəsi səfirlik adından muzeyin direktoru Ş.Heydərovaya Rostropoviç sənətini təbliğ etdiyinə diplom təqdim etdi.

   Gecədə Prezident təqaüdçüləri, beynəlxalq və respublika müsabiqələri laureatları konsert proqramı ilə çıxış etdilər. Sonda BMA-nın professoru Z. Quliyeva, 21 saylı məktəbin direktoru R.Əzizov, “Vişnevskaya-Rostropoviçfondunun prezidenti S.Məmmədov və digərləri görkəmli musiqiçi ilə bağlı xatirələrini bölüşdülər.

 

    Lalə Azəri

 

   Mədəniyyət.- 2011.- 14 dekabr.- S. 5.