Vaşinqtonda Qarabağa həsr olunmuş təqvim çap olunub

 

   Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu 2011-2012-ci illər üzrə Qarabağa həsr olunmuş yeni təqvim çap etdirib. “Qarabağ: "Keçmişə və gələcəyə baxış" adlı təqvim Azərbaycanın Qarabağ regionunun keçmişini və özünəməxsus ruhunu ifadə edir. Qarabağın gözəl təbiət mənzərələrini əks etdirən təqvimdə eyni zamanda Azərbaycan xalqının musiqisi, rəqsləri, mətbəxi və adət-ənənələri haqqında məlumatlar yer alıb. Qarabağ Fondu təqvimlə bağlı öz internet saytında xüsusi link də yaradıb (www.karabakhfoundation.org/pages/shop), bu link ilə Fondun internet mağazasına daxil olub təqvimi əldə etmək olar.

   Təqvimin satışı Qarabağ bölgəsini amerikalılara tanıtmaq və təbliğ etmək məqsədi daşıyır.

 

 

    Mədəniyyət.- 2011.- 23 fevral.- S. 14.