Beynəlxalq
sərgidə Azərbaycan
guşəsi böyük maraq
doğurub
Fevralın 23-də Küveytin
paytaxtı Əl-Küveyt şəhərində beynəlxalq
sərgi açılıb.
Azərbaycanın Küveytdəki
səfirliyindən bildiriblər ki, sərgidə Azərbaycan,
ABŞ, Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı,
Birləşmiş Ərəb Əmirlikləri, Qətər,
Hindistan, Suriya və digər ölkələr iştirak edirlər.
Sərginin Azərbaycan guşəsində
ölkəmizin müstəqilliyinin bərpasının 20-ci
ildönümü və Prezident İlham Əliyevin 2011-ci ili
“Turizm ili” elan etməsi ilə əlaqədar
respublikamızın qədim tarixi, mədəniyyəti, təbiəti,
adət-ənənələri, turizm potensialı, mətbəxi,
sürətlə inkişaf edən iqtisadiyyatı, həyata
keçirilən demokratik islahatlarla bağlı məlumatlar,
fotoşəkillər, film, eləcə də sənətkarlarımızın
əl işləri nümayiş etdirilir.
Beynəlxalq şərgidə
nümayiş etdirilən Azərbaycan pavilyonunu gün ərzində
yüzlərlə insan ziyarət edib.
Azərbaycan pavilyonuna böyük
maraq göstərən ziyarətçilər arasında
Küveytin informasiya naziri Sabah Əl-Xalid Əl-Həməd Əl-Sabah,
bu ölkədə səfərdə olan Böyük
Britaniyanın sabiq baş naziri, tanınmış ictimai-siyasi
xadim Con Meycor və İraqın tanınmış
hüquqşünası və ictimai xadimi Münir Əl-Həddad
da olublar.
Azərbaycanın Küveytdəki
səfiri Tural Rzayev C.Meycora ölkəmizin qədim tarixi
haqqında məlumat verib.
C.Meycor Azərbaycanın müstəqilliyinin
bərpasının 20-ci ildönümü ilə əlaqədar
xalqımızı təbrik edib, səmimi salamlarını Azərbaycan
prezidentinə çatdırmağı xahiş edib.
Sərgi fevralın 25-də
başa çatacaq.
Mədəniyyət.-
2011.- 25 fevral.- S. 8.