“Ultionis”: psixoloji triller janrında yeni film

 

  Nicat Qafuroğlu: “Filmimiz gəncliyin Azərbaycan kinosuna bir töhfəsi ola bilər”

  

   Xəbər verdiyimiz kimi, gənc rejissor Nicat Qafuroğlu “Ultionis” adlı tammetrajlı bədii film çəkir. Gənc rejissor Mədəniyyət Turizm Nazirliyinin keçirdiyi turizm filmləri festivalında “Aranda bir gün” adlı sənədli ekran əsəri ilə “Ən yaxşı etnoqrafik” film nominasiyasında qalib olub. Bundan əlavə, televiziyada bir neçə sənədli film, kliplər çəkən rejissor ilk dəfə özünü bədii filmdə sınayır. Gənc yazar, şair, publisist kimi tanınan N.Qafuroğlu filmi özünün eyniadlı romanı əsasında lentə alır. Çəkilişlərin bu ay başa çatması gözlənilir. Bu arada müəlliflə görüşüb söhbət etdik.  

 

  - Filmin əsas mövzusu nədir?

   - “Ultionis” filmi psixoloji triller janrındadır. Tamaşaçı ilk baxışda filmdə baş verən hadisələrə nəzərən onun fantastik janrda olduğunu düşünə bilər. Lakin film əslində yuxu, yalandır. Filmdə XXI əsrdə hələ falçılığa olan inamı tənqid edirik. Cəmiyyətlərə təsir edib onları idarə edən gizli təşkilatların fəaliyyətləri filmdə əksini tapıb. “Ultionis” adlı bir təşkilat insanların psixikasını pozmaqla məşğuldur. Hər dəfə təşkilatın bir neçə qurbanı olur növbəti qurban filmin baş qəhrəmanı jurnalist Caviddir.

   Filmin ssenari müəllifləri Nicat Qafuroğlu Ceyhun Musaoğlu, quruluşçu operator Faiq Əliyev, prodüseri Sirac Mustafayevdir. Film son dərəcə müasir texniki standartlara cavab verən HD formatda çəkilib. Dünya kino texnologiyasına uyğun olaraq qrimindən tutmuş kostyumuna kimi ən müasir texnikadan istifadə etmişik.

   - “Ultionis” filmində Rasim Balayev, Həmidə Ömərova kimi məşhur sənətkarlar, “Mosfilm”in tanınmış aktrisası Mariya Kunax başqaları rol alıb. Onlar sizin təklifi necə qəbul etdilər? Kinoda özünü təsdiq etmiş aktyor heyəti ilə birgə işləmək gənc rejissor üçün çətin deyilmi?

   - Təbii ki, bu, çox məsuliyyətli çətin işdir. Roman əsasında ssenari yazılanda mən hər bir obrazın konkret aktyorunun kim ola biləcəyini təsəvvür edirdim. Rasim Balayev Həmidə Ömərova ssenari ilə tanış olandan sonra filmdə çəkilməyə razılıq verdilər. Hətta Həmidə xanım ssenarini çox bəyəndiyini söylədi.

   - Digər aktyorların seçimi necə oldu?

   - Ümumilikdə aktyor seçimi zamanı böyük çətinliklərimiz oldu. Kastinqdə 600-dən çox adam iştirak edib. 14 sınaq çəkilişi olub. Filmdə böyük bir heyət - 167 aktyor iştirak edir. Onların da əsas hissəsini gənclər təşkil edib. Filmimiz əsas yaradıcı gənclərin bir-birinə köməyi ilə ərsəyə gəlir. Aktyorların əksəriyyəti filmə qonorarsız çəkilir. Sadəcə biz sübut etmək istəyirik ki, əgər yaxşı film çəkmək istəyi varsa bunu reallaşdırmaq o qədər çətin deyil.

   - Çəkilişlər harada aparıldı?

   - Əsasən Ağsu, Şamaxı, Bakıda, habelə Ukraynada çəkilişlərimiz olub. Nyu-Yorkdan da orijinal görüntülərimiz var. Filmi yanvar ayında çəkməyə başladıq və artıq yekunlaşmaq üzrədir. “Ultionis” gəncliyin birgə əməyi və dəstəyi sayəsində ərsəyə gələn filmdir. Bu filmi dövlətin dəstəyi olmadan, özümüz çəkirik. Hesab edirik ki, filmimiz gəncliyin Azərbaycan kinosuna bir töhfəsi ola bilər. Onu da deyim ki, “Ultionis” filmi Azərbaycan, rus ingilis dillərində olacaq.

  

 

   Yeganə Cansail

 

  Mədəniyyət.- 2011.- 8 iyul.- S. 10.