“Bu meydan, bu ekran - 2011”

 

   Kino layihələri müsabiqəsinə yekun vurulub

  

   Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, onların fəaliyyəti üçün stimul yaratmaq məqsədilə “Bu meydan, bu ekran - 2011” kino layihələri müsabiqəsi elan edilib.

   Müsabiqənin münsiflər heyətinin qərarına əsasən qalib kino layihələri təsdiq edilib.

   Müsabiqənin yekunlarına əsasən, “Orman prodakşn” şirkətinin “Mayak”, “Art Qlobal prodakşn” şirkətinin “İşığa doğru”, “EXA prodakşn” prodüser mərkəzinin “Paralel həyat“ və “Butafilm” kino şirkətinin “Qaranquş yuvası” layihələri “Bu meydan, bu ekran - 2011” kino layihələri müsabiqəsinin qalibləri elan olunub.

  

 

   Mədəniyyət.- 2011.- 29 iyul.- S. 3.