Şəhid Ağabəy Novruzbəylinin xatirəsi yad edildi

 

   Mayın 27-də Azərbaycan İstiqlal Muzeyində həyatını vətənin azadlığı uğrunda qurban verən 20 Yanvar şəhidi Ağabəy Novruzbəylinin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi bildirdi ki, Ağabəy 1971-ci il mayın 23-də Bakıda dünyaya gəlib. Nəsimi rayonundakı 46 saylı orta məktəbdə oxuduğu müddətdə davranışı və çalışqanlığı ilə pedaqoji kollektivin hörmətini qazanıb, məktəbin ictimai işlərində fəal iştirak edib. Kimya fənninə xüsusi maraq göstərən Ağabəy şəhər, respublika olimpiadalarında tərifnamələrlə, diplomlarla, qiymətli hədiyyələrlə təltif edilib. Tədbirdə çıxış edən Ağabəy Novruzbəylinin atası Oqtay Novruzov oğlu haqqında xatirələrini bölüşdü. Ata üçün şəhid oğlu haqqında danışmağın çətin olduğunu deyən natiq Ağabəyin ölümünü əsl vətənpərvərlik qeyrəti, torpaq uğrunda ölməyi bacarmaq nümunəsi milli qürurun təntənəsi kimi qiymətləndirdi.

   Tədbir çərçivəsində "Ağabəy Novruzbəyli -40" adlı sərgiyə baxış keçirildi. Sərgidə Ağabəyin ailəsi tərəfindən muzeyə təhvil verilmiş əşyalar, sənədlər, fotoşəkillər nümayiş olunur.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2011.- 1 iyun.- S. 10.