Kitabxanalarda informasiya texnologiyaları

 

   Mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktor müavinləri üçün təlimlər başa çatıb

  

   «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»na uyğun olaraq kitabxanaların maddi-texniki təminatı yaxşılaşdırılmış, kitabxanalarda Elektron kataloq, Elektron kitabxana, habelə veb-saytların yaradılması işi həyata keçirilir. Hazırda respublikanın bir çox şəhərrayon Mərkəzi kitabxanasında Elektron kataloq, veb-sayt yaradılıb və kitabxanaların resursları internet şəbəkəsinə çıxarılıb. Kitabxanalar müasir avadanlıqlarinformasiya texnologiyaları ilə təmin edilib.

   Dövlət Proqramı kitabxana-informasiya sahəsində çalışan kitabxana mütəxəssislərinin informasiya texnologiyaları ilə işləməsini, onların kompyuter biliklərinin artırılmasını tələb edir. Bu məqsədlə şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktor müavinləri üçün respublikanın 3 bölgəsi üzrə - Bakı, Gəncə, Lənkəran şəhərlərində "Kitabxanalarda tətbiq olunan kompyuter, informasiya texnologiyaları ilə " mövzusunda təlimlər təşkil edilib.

   Təlimlər mayın 10-14-də Bakı şəhərində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında başlayıb, ayın 17-21-də Gəncədə, 23-27-də isə Lənkəranda öz işini davam etdirib.

   Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri tərəfindən aparılan təlimlərdə yaxşı nəticə göstərən mütəxəssislərə müvafiq sertifikatlar verilib.

 

 

   Mədəniyyət.- 2011.- 1 iyun.- S. 3.