Tarixin izi ilə...Yaqub Mahmudov

 

   Görkəmli tarixçi alimə həsr olunmuş sənədli film təqdim olundu

  

   İyunun 9-da AMEA-nın Rəyasət Heyətinin binasındaAzərbaycan Televiziya Radio VerilişləriQapalı Səhmdar Cəmiyyətində istehsal olunanTarixin izi ilə...Yaqub Mahmudovsənədli televiziya filminin təqdimat mərasimi keçirildi. Film tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudova həsr olunub. Mərasimdə Milli Məclisin üzvləri, elm adamları iştirak edirdilər.

   Tədbiri giriş sözü ilə açan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Yaqub Mahmudovun alim, ziyalı, ictimai-siyasi xadim kimi çoxşaxəli fəaliyyətindən danışdı. Qeyd olundu ki, Yaqub Mahmudov Azərbaycan tarix elminin aparıcı simalarındandır. Onun rəhbərliyi altında AMEA-nın Tarix İnstitutunda böyük işlər görülüb, tariximizin daha dəqiq araşdırılması təbliği istiqamətində mühüm addımlar atılıb, sanballı elmi əsərlər yazılıb.

   Tədbirdə çıxış edənMədəniyyətteleviziya kanalının direktor müavini, professor İlham Rəhimli qeyd etdi ki, Yaqub Mahmudov şərəfli bir ömür yolu keçib: “Filmin hazırlanmasında məqsəd bu ömür yoluna çıraq tutmaqdır. Film hazırlanarkən yaradıcı heyət çalışıb ki, onun həyat fəaliyyəti tamaşaçıya hərtərəfli çatdırılsın”.

   SonraTarixin izi ilə...Yaqub Mahmudovsənədli televiziya filminə baxış keçirildi. Ekran əsəri böyük maraqla qarşılandı. Portret janrında çəkilən «Tarixin izi ilə...Yaqub Mahmudov» filmində alimin həyatı, elmi ictimai fəaliyyəti əks olunur. Filmdə Azərbaycan tarixinin müxtəlif zaman kəsiyində üzləşdiyi qadağalardan da söhbət açılır. Çəkilişlər Şəkidə, Balakəndə Bakıda aparılıb. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Murad Muradov, operatoru Mətləb Yaqubovdur.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2011.- 10 iyun.- S. 5.