Gədəbəydə
Aşıq Ələsgərin 190 illiyi qeyd edilib
Gədəbəydə Azərbaycan
aşıq sənətinin görkəmli nümayəndəsi
Aşıq Ələsgərin anadan olmasının 190 illiyinə
həsr edilmiş yubiley gecəsi keçirilib. Gecədə
görkəmli el sənətkarının Azərbaycan
aşıq sənətinin inkişafına verdiyi töhfələrdən
söhbət açılıb, Gədəbəy
aşıqlarının formalaşmasında onun irsinin əvəzsiz
rolu qeyd edilib.
Filologiya elmləri doktoru, professor Məhərrəm
Qasımlının Aşıq Ələsgərin həyat və
yaradıcılığı barədə məruzəsi dinlənildikdən
sonra söz aşıqlara verilib. Gədəbəy, Gəncə,
Qazax, Tovuz, Ağstafa, Şəmkir, Kəlbəcər, Bərdə,
Təbriz aşıqlarının ifasında Aşıq Ələsgərin
sözlərinə yazılmış aşıq
mahnıları və şeirlər səslənib.
Yubiley gecəsində Aşıq Ələsgərin
nəvəsi İslam Ələsgərov
çıxış edərək Azərbaycanda aşıq sənətinin
inkişafına göstərdiyi diqqət və qayğıya
görə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevaya minnətdarlığını
bildirib.
Mədəniyyət.-
2011.- 2 sentyabr.- S. 4.