Azərbaycan mədəniyyət sahəsində dinamik inkişaf edən müasir ölkədir

 

   Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Parisdə UNESCO-nun xoşməramlı səfirlərinin 11-ci illik toplantısında çıxış edib

  

   Sentyabrın 12-də Parisdə UNESCO-nun xoşməramlı səfirlərinin 11-ci illik toplantısı keçirilmişdir. Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva toplantıda iştirak etmişdir.

  

   25 xoşməramlı səfirin iştirak etdiyi toplantını UNESCO-nun baş direktoru İrina Bokova açaraq ötən dövrdə həyata keçirilən layihələr, görülən işlər barədə məlumat verdi. UNESCO-nun dünyada təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrlə bağlı problemlərin həllini daim diqqətdə saxladığını vurğulayan baş direktor dövlətlər və beynəlxalq təşkilatlar arasında bu istiqamətdə əməkdaşlığın inkişafında maraqlı olduqlarını dedi. UNESCO-nun baş direktoru bir müddət əvvəl Haitidə baş verən təbii fəlakətin aradan qaldırılması üçün daim öz nəcib təşəbbüsləri ilə seçilən Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yardımını yüksək qiymətləndirdi, ona dərin minnətdarlığını bildirdi.

   Daha sonra çıxışlar oldu. UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva toplantıda çıxış etdi. UNESCO-nun xoşməramlı səfirlərinin illik toplantısının iştirakçılarını salamlayan Mehriban Əliyeva Azərbaycanı burada təmsil etməkdən böyük şərəf hissi duyduğunu dedi: “Bu ilin yazında biz Azərbaycanın müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Azərbaycan Gününü UNESCO-nun qərargahında təşkil etdik. Ölkəmiz ötən illər ərzində bir çox problem və çətinliklərlə üzləşdi, lakin biz həmin gərgin şəraitdən layiqincə çıxdıq və öz dövlətçiliyimizi qurduq. Bu gün Azərbaycan həyatın bütün sahələrində, o cümlədən mədəniyyət, elm və təhsildə dinamik inkişaf edən müasir ölkədir. Eyni zamanda, Azərbaycanın iqtisadiyyatı yüksək templə inkişaf edir və ölkəmiz regionun şəksiz iqtisadi lideridir”.

   Mehriban Əliyeva vurğuladı ki, UNESCO ilə Azərbaycan arasında güclü və dəstəkləyici tərəfdaşlıq təşəkkül tapıb: “UNESCO həm Azərbaycan hökuməti, həm ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, eləcə də Heydər Əliyev Fondu ilə əməkdaşlığını inkişaf etdirir. UNESCO və Heydər Əliyev Fondunun dəstəyi ilə biz yeni muzey və mədəniyyət mərkəzləri tikir, Azərbaycanda yüksək səviyyəli musiqi festivalları təşkil edir və beynəlxalq konfranslar keçiririk”.

  

   Mədəni irsin qorunması UNESCO-nun əsas prioritetlərindəndir

  

   Azərbaycanın birinci xanımı UNESCO-nun bəşəri mədəni irsin qorunması təhsilə daha geniş çıxışın təmin edilməsi, ən vacibi isə, yoxsul ölkələrdə ehtiyac duyan ailələrdə uşaqlara təhsilin verilməsi kimi bir çox vəzifələrin həllində mühüm fəaliyyət göstərdiyini nəzərə çatdırdı: “Bu toplantının mövzusu təbii fəlakətlər münaqişələr sahəsində təşkilatımızın üzərinə götürdüyü öhdəliyə həsr olunub. Azərbaycan bu məsələlərə öz təcrübəsindən bələddir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ həll olunmayıb. Ölkə torpaqlarının böyük bir hissəsi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı öz doğma yurdlarına qayıtmaqdan məhrumdur. Qaçqın məcburi köçkün düşərgələrində anadan olmuş böyümüş uşaqlardan ibarət yeni nəsil öz yurd-yuvaları barədə məlumatı yalnız ata babalarından öyrənir. Böyüklərlə yanaşı, bu uşaqların da təhsil tibbi yardım almaq, inkişaf etmək parlaq gələcəyə malik olmaq hüququ vardır. Buna görə biz hərbi münaqişələr təbii fəlakətləri yaşamış bütün ölkə xalqların ağrılarını anlayırıq bölüşürük. Dünyadakı bütün uşaqlar kimi, müharibə təbii fəlakətlərin acılarını yaşamış gənclərin xoşbəxt gələcəyə haqqı vardır.

   Qarşımızda duran digər mühüm ağır vəzifə hərbi əməliyyatlar münaqişələr zonalarında tarixi abidələrin qorunmasından ibarətdir. Bu abidələr qorunmur bir çox hallarda məhvə məruz qalır. Belə cinayətlər bəşəriyyətin irsinə qarşı yönəlir. Bu irsin qorunması mühafizəsi təşkilatımızın əsas prioritetlərindəndir”.

  

   Heydər Əliyev Fondu UNESCO ideallarının yayılmasına böyük töhfə verir

  

   Gənclərin təhsili inkişafı üçün yeni imkanların açılmasının UNESCO-nun prioritetləri sırasında olduğunu deyən Mehriban Əliyeva ölkəmizin bu sahədə gördüyü işlər barədə danışdı: “2007-ci ilin noyabrında Forum Heydər Əliyev Fondunun bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə BakıdaSivilizasiyalar Alyansı naminə Gəncləradlı beynəlxalq konfrans təşkil etdi. Gənc liderlər Sivilizasiyalar Alyansına dəstək olaraq qlobal gənclər hərəkatının yaradılması ilə bağlı təklifimizi tam şəkildə dəstəklədilər. Dörd il gərgin apardıqdan sonra Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatı Heydər Əliyev Fondunun himayəsi ilə Bakıda aprel ayında keçirilmiş birinci toplantıda təsis edildi.

   Mədəniyyətlərarası dialoqa gender aspektini daxil etmək qadın liderləri sülh mədəniyyəti mühitində formalaşdırmaq məqsədilə biz İslam Konfransının Dialoq Əməkdaşlıq naminə Gənclər Forumu iləMədəniyyətlərarası Dialoqda Qızlar Gənc Qadınlaradlı xüsusi proqramı təqdim etdik. Bu 2008-ci ilin iyun ayında Bakıda UNESCO İSESCO-nun birgə təşkil etdiyi Mədəniyyətlərarası dialoqda qadınların rolunun gücləndirilməsinə həsr olunmuş Beynəlxalq Forumda başlandı.

   Biz informasiya kommunikasiya texnologiyaları sahəsində gənclərin yeni yaradıcı ideyalarını dəstəkləməkdə davam edirik. Bakıda 2009-cu ilin noyabrında keçirilmiş təxminən 50 ölkədən gələn gənc İKT peşəkarlarını bir araya gətirmişYeni nəslin İKT biliklərinin bacarıqlarının gücləndirilməsiadlı beynəlxalq konfrans bu cür töhfənin bir təzahürüdür”.

   Mehriban Əliyeva bu ilin noyabr ayında Azərbaycanın paytaxtında digər beynəlxalq təşəbbüs - İKT ölkələri üçün Gənc Sahibkarlar Şəbəkəsi həyata keçiriləcəyini bildirdi: “Bu şəbəkə müsəlman ölkələrində gənclər arasında işsizliyin azaldılması, gənclərin radikallaşması ekstremizm, eləcə cinayətkarlıq digər əməllərə qoşulma kimi problemlərin həllində gənclərə müxtəlif yollarla yardımçı olacaqdır”.

  

   * * *

 

   Xoşməramlı səfirlərin 11-ci toplantısında UNESCO-nun fəaliyyəti ilə bağlı məsələlər təşkilatın dəyərlərinin dünyada dəstəklənməsi yolları müzakirə edildi. Sonra UNESCO-nun gender bərabərliyindəki fəaliyyəti, münaqişə təbii fəlakətlərdən sonrakı vəziyyət, “Təhsil hamı üçün-2011” Ümumdünya məruzəsinin təqdimatı digər məsələlərlə bağlı məruzələr dinlənildi, müzakirələr aparıldı. Bundan başqa, toplantıda iştirakçılar gənclərin problemləri, vətəndaşların sülhün mədəniyyətlərarası dialoqun möhkəmlənməsindəki iştirakının genişləndirilməsi məsələlərinə toxundular.

   Bildirildi ki, UNESCO-nun xoşməramlı səfirlərinin illik toplantısı təşkilatın təhsil, səhiyyə, mədəniyyət digər sahələrdə fəaliyyətinin əlaqələndirilməsi, yeni istiqamətlərin müəyyən olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Toplantı ölkəmizdə həmin sahələrdə həyata keçirilən proqram layihələr, əldə olunan uğurlar, qarşıda duran vəzifələr barədə məlumat vermək üçün çox önəmli auditoriyadır. Bu gün bütün dünyaya məlumdur ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi çox böyük işlər görür, mühüm layihələr reallaşdırır.

   Sonda xatirə şəkli çəkdirildi.

  

   * * *

 

   UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun bir-birindən maraqlı nəşrləri təqdim olundu. Burada Azərbaycanın müasir inkişafını əks etdirən şəkillərlə yanaşı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun da maraqlı fotoları var idi. Fondun Azərbaycan tarixi mədəni abidələri, təbiəti, səfalı yerləri, xalçaçılıq sənəti, mətbəxi barədə kataloqları da maraqla qarşılandı. Avropa ailəsinin üzvü olan respublikamızın zəngin mədəniyyəti, tarixi irsi haqqında Avropada daha güclü təbliğat aparmaq baxımından Heydər Əliyev Fondunun nəşrləri çox böyük əhəmiyyət daşıyır.

 

 

  Mədəniyyət.- 2011.- 14 sentyabr.- S. 8.