Xilaskar türk ordusunun Bakıya zəfər yürüşü

 

   Tariximizin 15 sentyabr səhifəsinə həsr olunmuş tədbir

 

   Sentyabrın 14-də Nərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında Azərbaycan Dövlət Din Tarixi Muzeyinin dəstəyi ilə “15 sentyabr - xilaskar türk ordusunun Bakıya zəfər yürüşümövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın istiqlalı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

   Sonra Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakını daşnak-bolşevik işğalından azad etmiş Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun hərbi əməliyyatları haqqında iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi tariximizin və Azərbaycan-Türkiyə qardaşlığının şanlı səhifələrindən biridir.

   Tədbirdə məktəbli oxucular şeirlər söyləyiblər. Kitabxanada mövzu ilə əlaqədar kitab sərgisi də təşkil olunub.

 

 

    Mədəniyyət.- 2011.- 16 sentyabr.- S. 14.