Azərbaycanla Çexiya arasında mədəni əməkdaşlıq müzakirə olunub

 

Sentyabrın 14-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Çexiya Milli Kitabxanasının direktoru Tomaş BemÇexiya Milli Muzeyinin direktoru Maykl Lukeslə görüşdü.

Qonaqları salamlayan nazir ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsinin vacibliyini vurğulayaraq, muzeykitabxana sahəsində qarşılıqlı mübadilənin bu əməkdaşlığa mühüm töhfə olduğunu bildirdi.

Bu ilin aprelində Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Çexiyanın mədəniyyət naziri İrji Besserlə görüşünü xatırladan nazir məhz həmin görüşdə kitabxanamuzey sahəsində əməkdaşlıq barədə razılıq əldə olunduğunu dedi.

Əbülfəs Qarayev Azərbaycanda kitabxanamuzey sektorunun inkişafına ölkə rəhbərliyi tərəfindən böyük önəm verildiyini vurğuladı. Qeyd olundu ki, son illər ölkədəki bir sıra muzeykitabxanalar təmir edilərək yeni avadanlıqlarla təchiz olunub. Kitabxana işçilərinin peşəkarlığının artırılması məqsədilə kurs və treninqlər təşkil olunur.

Nazir dünya kitabxanalarında Azərbaycan kitablarının yayılması üçün tədbirlərin həyata keçirildiyini, beynəlxalq kitabxana şəbəkələri ilə mütəmadi kitab mübadiləsinin vacibliyini qeyd etdi. Sentyabrın 28-30-da Bakıda II Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçiriləcəyini deyən nazir bu tədbirin kitabxanalar arasındakı əlaqələrə də töhfə olacağını vurğuladı.

Azərbaycanın zəngin mədəniyyəti ilə tanışlıqdan məmnun qaldıqlarını söyləyən qonaqlar ölkəmizdə həyata keçirilən böyük inkişaf layihələrinə heyranlıqlarını gizlətmədilər. Çexiya Milli Kitabxanasının direktoru Azərbaycan Milli Kitabxanasını ziyarət etdiklərini bildirərək, orada çalışan işçilərin peşəkarlığını qeyd etdi.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi, kitabxanalar arasında informasiyası mübadiləsinin aparılması, hər iki ölkədə sərgilərin keçirilməsi və növbəti mərhələdə Azərbaycan nümayəndə heyətinin Çexiyaya səfər etməsi qərara alındı.

M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim TahirovMilli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı görüşdə iştirak edirdilər.

 

Reyhan

 

Mədəniyyət.- 2011.- 16 sentyabr.- S. 3.