Milli Kitabxana yeni layihələrini təqdim etdi
Sentyabrın 20-də M.F.Axundov
adına Milli Kitabxanada «Azərbaycanın görkəmli
şəxsiyyətləri» seriyasından nəşr olunan «Müslüm Maqomayev: Biblioqrafiya» və «Azərbaycanın səs xəzinəsi» seriyasından olan «Milli Kitabxananın Not nəşrləri və səsyazmaları şöbəsinin
fondunda saxlanılan qrammofon vallarından kompakt disklərə (CD) köçürülmüş əsərlər» kitablarının
təqdimat mərasimi
keçirildi.
Mərasimdə
çıxış edən
kitabxananın direktoru
Kərim Tahirov görkəmli bəstəkar
Müslüm Maqomayevin
Azərbaycan mədəniyyətinə
verdiyi töhfələrdən
danışdı: “Üzeyir
Hacıbəylinin doğum
günü Azərbaycanda
musiqi bayramı kimi qeyd olunur.
Bu kitabların təqdimatının indi keçirilməsi də təsadüfi deyil. Müslüm
Maqomayevin də Azərbaycan musiqisi qarşısında böyük
xidmətləri var. «Şah
İsmayıl» kimi möhtəşəm opera yazıb,
Opera və Balet Teatrına rəhbərlik
edib”. Qeyd olundu ki, Müslüm Maqomayevin biblioqrafiyasının tərtib
olunması onun mədəni irsinin öyrənilməsi və
təbliği baxımdan
mühüm hadisədir.
Milli Kitabxananın direktoru
onu da bildirdi
ki, Azərbaycanın səs irsinin elektron variantının yaradılmasına böyük
zərurət var idi, bununla bağlı
çoxlu müraciətlər
olub. Elektron variant musiqimizin dünyada
tanıdılması istiqamətində
görülən işlərdən
biri olacaq. Kataloq musiqi məktəblərinin
proqramına uyğun tərtib olunub.
Mədəniyyət
və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin
müdiri Yaşar Əliyev isə M.Maqomayev yaradıcılığının
dəyərindən danışdı:
«Dahi bəstəkar Müslüm Maqomayevin yaradıcılığına, həyatına, irsinə nəzər salmaq hər birimiz üçün önəmlidir.
Onun irsi dünya mədəniyyəti xəzinəsinə
daxildir. Bu irs gələcək nəsillərə ötürülməlidir».
«Milli
Kitabxananın Not nəşrləri
və Səsyazmaları
şöbəsinin fondunda
saxlanılan qrammofon vallarından kompakt disklərə köçürülmüş
əsərlər» kitabının
tərtibçisi, Əməkdar
mədəniyyət işçisi
Marat İbrahimov kitabın
hazırlanmasından danışdı.
Onun sözlərinə görə,
kitabxanada 25 mindən atıq qrammofon valı var. Onları qoruyub saxlamaq üçün «CD» disklərə
köçürülməlidir. İlk növbədə Azərbaycanın
klassik musiqi əsərləri yazılmış
qrammofon vallar CD-lərə köçürülərək
«Azərbaycanın səs
irsi» bazası yaradılıb. Eyni zamanda
dünya klassiklərinin
əsərlərinin də
elektron-informasiya daşıyıcıların
köçürülmə işi aparılıb.
Bunun paralel olaraq elektron bazası da yaradılır. İnsanlar istədikləri əsəri
internet vasitəsilə dinləyə
biləcəklər».
Tədbirdə daha sonra Ü.Hacıbəylinin ev-muzeyinin
direktoru Sərdar Fərəcov, Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin direktoru Alla Bayramova və başqaları çıxış edərək,
kitablarla bağlı fikirlərini bölüşdülər.
Gülər
Mədəniyyət.-
2011.- 21 sentyabr.- S. 3.