Ən bəşəri və ortaq xəzinə

 

   Hamıya yaxın kitaba tele-baxış

  

   Az.TV-nin “Mədəniyyət” kanalının direktor müavini, professor İlham Rəhimli ilə müsahibəmizin əsas mövzusu bu oldu.

  

   - İlham müəllim, “köhnə” kitablar tərbiyəsindən çıxmış köhnə oxucu səmimiyyətilə deyim ki, mən son bir ayda kitab oxumağa macal tapmamışam, bəs Siz?

   - Mən hər gün kitab oxuyuram. Kitab oxumadığım gün yadıma gəlmir. Bədii, sənətə aid kitab, fəlsəfə tarixi ilə daha çox maraqlanıram.

   - Məncə, son illər kitaba maraq dövlət, hökumət tərəfindən daha çoxdur, nəinki xalq tərəfindən. Bəs Sizcə?

   - Ümumilikdə xalqı yox, cavanları bir az günahlandırmaq olar. Bu isə elektron aləmlə bağlıdır. İnternet kitaba marağın qarşısını alır. elə buradaca qeyd edim ki, internetlə kitab oxumaq mənə çatmır. Çünki insan ən ülvi duyğularıyla ikilikdə olanda daha səmimi olur, daha dərindən düşünə bilir. Şəxsən mən kitabdan daha çox ləzzət alır, daha çox duyğulanıram.

   - Bəlkə internetdə həm texnikanın müdaxiləsi olduğuna görə belədir? Yəni, kitabla adam başabaş - sevgili birduel”də qalır...

   - Bundan əlavə, kompyuterin geniş imkanları bəzən elə geniş fəsadlar törədir. Hazırda mən bir ensiklopediya üzərində işləyirəm. Yazıçıların, sənət adamlarının, rəssamların yaradıcılıqları ilə maraqlanıram. Görürəm ki, internetdə olan məlumatların ən azı 10-15 faizi - xüsusən tarixçələr - səhvdir. Amma kitabda belə səhv ola bilməz. Çünki hər kitabı nəşriyyatda xüsusi redaktor, xüsusi korrektor, məsul cavabdeh insanlar oxuyur əgər bir səhv gedərsə, bu haqda son səhifədə məlumat verilir. Mən əsərləri kitab kimi oxumağın tərəfdarıyam. İnternetdə əlacsızlıqdan oxumaq olar. Əgər sən kitabı kitabxanadan götürüb oxuya bilərsənsə, niyə oxumayasan?

   - Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə ikinci dəfə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Bir irfan adamı kimi bu tədbirdən gözləyirsiniz?

   - Son bir neçə ildə kitabla bağlı da çox böyük tədbirlər keçirilir. Buraya Azərbaycanın iştirak etdiyi beynəlxalq tədbirləri əlavə etməliyik. Biz “Kitab köşküadlı proqramımızda nazirliyin Axundov adına Respublika Kitabxanasının keçirdiyi tədbirləri vaxtaşırı olaraq işıqlandırırıq. Bunlar hamısı onu göstərir ki, Mədəniyyət Turizm Nazirliyi kitabın təbliği istiqamətində böyük işlər görür. II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası da bunun çox ciddi bir formatda davamıdır. Zahirən kitabın təbliği kimi təzahür edən bu tədbirin bir neçə tərəfi var: birincisi, dünyanın çox yerindən bura gələn insanlarda bu ya digər obyektiv-subyektiv informativ səbəblərdən yaranmış məxsusiyaradılmışAzərbaycan təəssüratı”ını fikrən əyani korrektə etmək, irrasional düşüncələri rassionallaşdırmaq, naxoş meylləri xoş istiqamətə yönəltmək sair. Yəni ölkənin mədəni, ictimai, sosial həyatıyla tanış olan hər bir əcnəbi - bəlkə Azərbaycana ilk dəfə gələn, xəritədə Azərbaycanı tapa bilməyən adam öz ölkəsinin televiziya qəzetləri vasitəsilə ölkəmiz haqda, xalqımızın tərəqqiyə, elmə, mədəniyyətə meyli barədə öz sözlərini deyəcək. Ən əsası da odur ki, kitabı sevənlər bir yerə toplaşacaqlar, hər kəsöz guşəsindəöz maraqları ilə rastlaşacaq. Bunlar çox ciddi milli-mədəni olaylardır. Bəzən çap olunan kitablar haqqında məlumatımız olmur. Mədəniyyətkanalı nəşriyyatlarla əlaqə saxlayır, yeni nəşr olunan kitabların siyahısını götürür, vaxtı gəldikcə onları əldə edib, təbliğinə başlayırıq. Bütün bunlardan bir az xəbərsiz olan geniş oxucu kütləsi bu sərgi-yarmarka sayəsində müfəssəl məlumatlandırılacaqlar.

   - Sözü sizin, ümumilikdə Azərbaycan telekanallarının kitaba münasibəti mövzusunda davam etdirmək istərdim.

   - O biri telekanalları deyə bilmərəm, amma mən televiziyaya gələn gündən daha çox bu qayğı üstə köklənmişəm. Zəka nuruverilişi açmışıq. Onun bir blokuKitab köşküadlanır. Bir ayda iki dəfə mütləq respublikada nəşr edilən - sahəsindən asılı olmayaraq - yeni kitabları təbliğ edir, ictimai intellektə daha böyük uğur gətirən kitablar haqda daha ətraflı məlumat verir, bəzən, onlara ayrıca bir veriliş həsr edirik.

   Televiziyada kitab təbliğinə dair müxtəlif xarakterli verilişlər olmalıdır. BizimMədəniyyətkanalındaPoeziyaverilişi var - indiyədək 100-dən çox buraxılışı gedib. Elə orada da kitablar təbliğ olunur. Klassik irsimizdənproqramı da həmçinin. Kitab köşküverilişində həm bədii, həm sahə ədəbiyyatları haqda vaxtaşırı məlumatlar veririk. Ədəbiyyatımızı, milli-mənəvi sərvətimizi, bütövlükdə isə bəşəriyyətin bu ən ortaq xəzinəsini müxtəlif səpkilərdə təbliğ etməyə çalışırıq.

   - Söhbətinizdəki notlardan belə başa düşdüm ki, müasir dövrümüzdə kitaba, mütaliəyə maraq bu gəzəri, “əql bəzəriabidəyə layiq deyil. Sizcə, elə onlardan birinin adıyla desək, bu məsələdəkimdir müqəssir” - istehlakçılar, yoxsa istehsalçılar?

   - Həyatın ritmi indi çox dəyişib. Əvvəllər cəmiyyətin ritmində tələbə ordusunun orta təbəqənin səsi daha güclü idi. Həmin təbəqələr güclü olduğu üçünhavada onların sifarişi ilə çalınırdı. İndi çox çevik ziyalılıqla çox durğun qeyri-ziyalılıq arasında aktiv yarış yox, təəssüf ki, passiv bir barış gedir...

  

 

   Söhbətləşdi: Tahir Abbaslı

 

   Mədəniyyət.- 2011.- 28 sentyabr.- S. 10.