Nəzakət TeymurovaMuğamalbomunu təqdim etdi

 

   Aprelin 4-də Beynəlxalq Mətbuat Mərkəzində Xalq artisti Nəzakət Teymurovanın İtaliyanın “Filmay” musiqi şirkəti tərəfindən hazırlanan musiqi albomunun təqdimat mərasimi keçirildi.

  

   Mərasimdə bildirildi ki, albomun Avropanın bir neçə ölkəsində yayılması nəzərdə tutulur. Bu, Azərbaycan musiqisinin, muğamımızın təbliğinə töhfə olacaq.

   Xalq artisti bildirdi ki, alboma daxil olan bir neçə mahnı artıq bəzi ölkələrin radiolarında səslənir. Britaniya, İtaliya, Fransa mətbuatında dəfələrlə müğənni barədə məqalələr dərc olunub. Almaniyanın ”Qlobalize”, “Vord Beat”, İspaniyanın “Mundofonşas” radiolarında səslənən “Aşiqəm” mahnısı xüsusilə böyük marağa səbəb olub. Xalq artistinin ifası hər iki ölkənin radiosunda “ayın ən gözəl səsi” sırasına düşüb.

   Albomda yer alan musiqi nömrələrində Xalq artistini “Xarı bülbül” muğam qrupu (tarda Əməkdar artist Əliağa Sədiyev, balabanda Əməkdar artist Şirzad Fətəliyev, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov) müşayiət edir.

   O da qeyd olundu ki, albomun yaxın günlərdə İtaliyada təqdimatı olacaq. Aprelin 15-22-də Xalq artistinin İtaliyada solo konserti nəzərdə tutulub. Aprelin 29-da isə xanəndə Bakıda muğamsevərləri öz füsunkar səsinin cazibəsinə salacaq.

   Qeyd edək ki, “Muğamalbomu Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə hazırlanıb. Bu işdə UNESCO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın xüsusi əməyi olub. AlbomaXaric segahdəsgahı, “Bayatı Şirazmuğamı, Əməkdar artist Əliağa Sədiyevin solo ifası, “Aşiqəmmahnısı daxildir. Diskdə Azərbaycan muğamları musiqisi haqqında üç dildə (ingilis, italyan, fransız) maraqlı məlumatlar yerləşdirilib.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2012.- 6 aprel.- S. 4.