«Bir dəlinin xatirə dəftəri»

 

   “Yuğ” Teatrında yeni tamaşaya ictimai baxış

  

   Aprelin 4-də Azərbaycan Dövlət “Yuğ” Teatrında «Adari Films production”un yeni layihəsinə - rus yazıçısı Nikolay Qoqolun əsəri əsasında hazırlanmış «Bir dəlinin xatirə dəftəri» tamaşasına ictimai baxış keçirilib.

  

    Quruluşçu rejissoru və ifaçısı Elvin Adıgözəlov olan tamaşanın rəssamı Əli Həsənov, musiqi tərtibatçısı Eldar Albertsondur. Kasıb teatr estetikasında monotamaşa üslubunda hazırlanan «Bir dəlinin xatirə dəftəri» tamaşasında Messian, Haydn, List, Vivaldi kimi bəstəkarların musiqilərindən istifadə olunub.

   Qeyd edək ki, «Adari Films”in bu layihəsi “Yuğ” Teatrının nəzdində fəaliyyət göstərən “Yaradıcı Təşəbbüslər Mərkəzi”nin dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri və tamaşanın prodüseri «Adari Films”in direktoru İradə Bağırzadədir. N.Qoqolun «Dəlinin qeydləri» əsəri əsasında hazırlanan və türk dilində oynanılan monotamaşa daha çox beynəlxalq festivallar üçün nəzərdə tutulub.

  

 

   Gülər

 

  Mədəniyyət.- 2012.- 6 aprel.- S. 3.