Naxçıvan Kukla Teatrı Tacikistanda festivalda iştirak edir

 

   Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Tacikistanda keçirilənKuklaların fantaziyası” III Beynəlxalq Kukla Teatrları Festivalında ölkəmizi təmsil edir. Aprelin 11-də başlanan festival bir həftə davam edəcək.

   Teatrın direktoru Yasəmən Ramazanovanın verdiyi məlumata görə, kollektiv Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə artıq ikinci dəfədir ki, bu beynəlxalq festivalda ölkəmizi təmsil edir. Teatr festivalda yazıçı Səbuhi HüseynovunMöcüzəli adanın sakinləripyesi əsasında hazırlanan tamaşanı təqdim edəcək. Tamaşanın rejissoru Yasəmən Ramazanova, quruluşçu rəssamı Cəlal Rzayev, bəstəkarı Əli Məmmədovdur.

  

 

   Ceyhun

 

   Xalq qəzeti.- 2012.- 13 aprel.- S. 6.