Gəncəyə gələn xarici turistlərin sayı artır

 

   Yay mövsümü başlayandan Gəncəyə gələn turistlərin sayında artım müşahidə olunur. Gəncə Turizm İnformasiya mərkəzinin direktoru Cumalik Rəhimovun sözlərinə görə, bu, şəhərdə aparılan quruculuq-abadlıq işləri, istirahət ocaqlarında qiymətlərin aşağı düşməsi ilə bağlıdır. Turistlərin əksəriyyəti bu bölgəyə istirahət, eləcə də tarixi və dini abidələri ziyarət etmək məqsədilə gəlir. Gələn qonaqların əksəriyyəti dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etmək arzusunda olduqlarını bildirirlər.

 

 

    Fəxriyyə

 

    Mədəniyyət.- 2012.- 1 avqust.- S. 7.