Mənasız müharibənin tarixçəsi

 

   Gəncədə Əfqanıstan müharibəsindən bəhs edən “Əfqan müharibəsi - bir nəslin tarixçəsi” sənədli filminin təqdimatı olub. Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərindən olan Əfqanıstan müharibəsi veteranlarının iştirakı ilə ərsəyə gələn və 1979-1989-cu illəri əhatə edən filmdə onların xatirələri canlandırılıb, bu mənasız savaşda Azərbaycandan 10 minə yaxın zabitin, gizir, çavuş və əsgərin 416 irimiqyaslı əməliyyatdakı iştirakı barədə məlumatlar və müharibədən görüntülər əks olunub.

   Filmin nümayişindən əvvəl çıxış edən layihənin rəhbəri Babək Məmmədov bu ekran əsərinin çəkilişində yaxından iştirak edən Almaniyanın Xalq Universitetləri Birliyinin Əməkdaşlıq İnstitutuna, ümumiyyətlə, bu işdə əməyi olan hər kəsə minnətdarlığını bildirib.

 

 

  Mədəniyyət.- 2012.- 1 avqust.- S. 13.