Mədəniyyət və turizm naziri Fransa, Hindistanİsrail səfirləri ilə görüşüb

 

   Avqustun 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın Azərbaycandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paskal Mönieni qəbul edib.

   Görüşdə Azərbaycanla Fransa arasında əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub, ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, həmçinin mədəniyyət və turizm sahəsində inkişaf etdiyi vurğulanıb. İki ölkə arasında münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rolu xüsusi qeyd edilib. Nazir Ə.Qarayev qarşılıqlı səfərlərin təşkili və turizm sahəsində mübadilənin gücləndirilməsinin zəruriliyini qeyd edib.

   Səfir Paskal Mönie görüşə görə minnətdarlığını bildirib, nazir isə öz növbəsində diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

  * * *

 

   İyulun 31-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hindistanın ölkəmizdə yeni akkreditə olunmuş səfiri B.M.Vinod Kumar ilə görüşüb. Ölkələrimiz arasında dostluq ənənələrindən söhbət açan nazir ikitərəfli mədəni təmasların daha da artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini vurğulayıb.

   Səfir Vinod Kumar səmimi qəbula görə nazirə təşəkkür edib, iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əminliyini bildirib.

 

   * * *

 

   Həmin gün mədəniyyət və turizm naziri İsrailin Azərbaycandakı səfiri Mixail Lotemi diplomatik missiyasının sona çatması ilə əlaqədar qəbul edib. Görüşdə iki ölkə arasında münasibətlərin bütün sferalarda, həmçinin mədəniyyət və turizm sahəsində inkişaf etməsindən razılıq ifadə olunub. Nazir Ə.Qarayev qarşılıqlı səfərlərin təşkili və turizm sahəsində mübadilənin gücləndirilməsinin zəruri olduğunu bildirib. Nazir diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

 

    Mədəniyyət.- 2012.- 3 avqust.- S. 3.