Mirvarid Dilbazinin 100 illik yubileyi münasibətilə sərgi

 

Nəsimi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 100 illiyinə həsr olunmuş kitab sərgisi açılıb. “Məhəbbət bizimlə qoşa doğulur” adı altında reallaşan sərgidə şairin kitabları və onun haqqında yazılmış elmi-publisistik ədəbiyyat nümayiş etdirilib. Oxuculara M.Dilbazinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

 

 

 Mədəniyyət.- 2012.- 8 avqust.- S. 4.